Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Qarabağ"dan 1 qələbə, 1 heç-heçə, "Neftçi" darmadağın oldu
    19.03.2026 17:58:11

    "Neftçi" və Rusiyanın "Dinamo" (Moskva) klubunun birgə təşkilatçılığı ilə Azərbaycan futbolunun əfsanəsi, unudulmaz "9 nömrə" Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş "Bakı Kuboku" beynəlxalq turnirinə start verilib.

    Prosport.Az xəbər verir ki, 2015-ci il təvəllüdlü futbolçular arasında "Palms Sports" Futbol Mərkəzində keçirilən turnirin ilk günündə 8 görüş baş tutub.

    B qrupunda yer alan "Neftçi" əvvəlcə Voronej "Dinamo"su ilə qarşılaşıb. Komanda Salman Səlimovun vurduğu qolla hesabı açsa da, sonda məğlub olub – 1:6. "Ağ-qaralar" günün ikinci matçında "Qarabağ"a 1:4 hesabı ilə uduzub. "Neftçi"nin heyətində yenə Salman Səlimov fərqlənib. "Qarabağ"ın qollarını isə Yusif Daşdəmirov (2), Nurəddin Hüseynov və Furqan Hüseynov vurub.

    B qrupunda digər oyunlar belə nəticələnib:

    "Qarabağ" – "Göztəpə" 5:5

    "Göztəpə" – "Dinamo" (Voronej) 0:6

    A qrupunun ilk oyunlarında Moskva "Dinamo"su "Kayrat"a 1:0, "Beşiktaş" isə "Ulduz"a 3:1 hesabı ilə qalib gəlib. İkinci matçlarda "Kayrat" "Ulduz" üzərində 2:1 hesablı qələbə qazanıb, "Beşiktaş"la "Dinamo" isə xalları yarı bölüblər – 1:1.

    A qrupunda 2 oyundan 4 xal toplayan "Beşiktaş" və "Dinamo" (Moskva) 1-2-ci yerləri bölüşürlər. "Kayrat" 3 xalla 3-cü, xalsız qalan "Ulduz" sonuncudur.

    B qrupunda maksimum nəticə göstərən "Dinamo" (Voronej) 6 xalla liderdir. "Qarabağ" 4 xalla 2-ci, "Göztəpə" 1 xalla 3-cü, "Neftçi" 0 xalla 4-cüdür.

    "Ağ-qaralar" sabah qrupdakı son matçını "Göztəpə"yə qarşı keçirəcək. Bundan başqa, "Dinamo" (Voronej) "Qarabağ"la, "Dinamo" (Moskva) "Ulduz"la, "Kayrat" isə "Beşiktaş"la yarışacaq.

    Daha sonra A qrupunun qalibi B qrupunun 2-cisi ilə, B qrupunun qalibi isə A qrupunun 2-cisi ilə qarşılaşacaq. Qruplarda 3-cü və 4-cü yeri tutanlar da eyni qaydada mübarizə aparacaqlar.

    Turnirin sonuncu günü – martın 21-də 7-ci, 5-ci, 3-cü yerlər uğrunda oyunlar və final matçı keçiriləcək. Həlledici görüşdən sonra mükafatlandırma mərasimi təşkil olunacaq.

    Qeyd edək ki, "Bakı Kuboku" beynəlxalq turniri "Neftçi TV" vasitəsilə canlı yayımlanır.

    Futbol

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45
    Futbol

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18
    Futbol

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31
    Futbol

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55
    Futbol

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50
    Futbol

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved