Minifutbol üzrə ölkə çempionatında yarımfinal mərhələsinin oyunlarına yekun vurulub.
Prosport.Az xəbər verir ki, 2 oyunun nəticəsinə görə üstün olan “Birbaşa Bakı” və “Zirə” komandaları finala vəsiqə qazanıblar.
Əzəli və barışmaz rəqiblərin iştirakı ilə keçiriləcək final qarşılaşması aprelin 3-də Bakı Tennis Akademiyasının stadionunda oynanılacaq.
Yarışın 3-cü yer uğrunda mübarizəsində isə “Sumqayıt” və “Aznur” komandaları görüşəcək

