"Konyaspor"un futbolçusu İbrahim Şehiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Prosport.Az xəbər verir ki, bosniyalı qolkiper "Əl Kalej"lə razılaşıb. Şehiçin komanda yoldaşları ilə vidalaşdığı və yaxın günlərdə yeni klubuyla müqavilə imzalayacağı bildirilir.
Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da forma geyinib. O, 2020-ci ilin yayından "Konyaspor"da çıxış edirdi.

