Azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo" (Berlin) yeni mövsümə uğurla başlayıb.
Prosport.Az xəbər verir ki, Şimal-Şərq Regional Liqasının mövsümünün ilk oyununda Berlin təmsilçisi "Svikau" ilə üz-üzə gəlib.
"Dinamo" bu matçda rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Rüfət Dadaşov bu görüşün 9-cu dəqiqəsində komandasının ilk qolunu vurub.

