“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi son olaraq Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubunda çıxış edən Pyer Zebli ilə anlaşıb.
26 yaşlı dayaq yarımmüdafiəçisi artıq Bakıdadır. Yaxın zamanda keçid açıqlanacaq. Tərəflərin 2 illik müqavilə imzalayacağı gözlənilir.
Pyerr Zebli İtaliyanın “İnter” klubunun yetirməsidir. O, “neradzuri”nin əsas komandasında çıxış etməyib. Fil Dişi Sahili U-20 yığmasında 1 oyuna çıxmış yarımmüdafiəçi İtaliyada “Peruca”, “Askoli”, “Kattolika”, Belçikada “Xenk”, Bolqarıstanda isə “Sarsko Selo” və “Lokomotiv”in (Plovdiv) uğurları üçün çalışıb.

