Amerikalı rep ifaçısı Cey-Zi “Totenhem”i almaq niyyətindədir.
Prosport.Az xəbər verir ki, o, London klubunun səhmlərinə sahib çıxmaq istəyən investorlar yarışına başçılıq edir.
Premyer Liqa klubunun hazırkı sahibi Co Lyuis ABŞ-da fırıldaqçılıq və insayder ticarəti iddialarına görə mühakimə olunur. Bu onu ingilis klubunu satmağa məcbur edə bilər.
Cey-Zi həm də NBA-da çıxış edən “Bruklin Nets”in ortaq sahibidir. Reper “Totenhem” üçün 2 milyard funt sterlinq xərcləməyə hazırdır.
Qeyd edək ki, “Totenhem” ötən mövsümü 60 xalla 8-ci pillədə başa vurub.

