AFFA-ya yeni mətbuat katibi təyin olunub.
Prosport.Az-ın məlumatına görə, bu vəzifəni tanınmış teleşərhçi Elnur Məmmədli icra edəcək.
O, mətbuatda ilk addımlarını “Futbol+”də atıb. Daha sonra ANS və AzTV-də çalışıb. AFFA-ya gələnə kimi “CBC Sport”da işləyib. Onun özünün idman saytı da mövcuddur.
Xatırladaq ki, futbol qurumunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri Firuz Abdulla bu yay "Səbail" klubunun icraçı direktoru təyin olunub.

