Azərbaycan I Liqasında çıxış edən "Mingəçevir" komandasının baş məşqçi Ramiz Məmmədovla bağlı verdiyi apellyasiya şikayəti təmin olunub.
Prosport.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı bu barədə qərar qəbul edib.
Mütəxəssisin dörd oyunluq cəzasının 1-i İntizam Məcəlləsinin 19-cu maddəsinə uyğun olaraq təxirə salınıb. Məmmədova 6 aylıq sınaq müddəti təyin edilib.
Xatırladaq ki, Ramiz Məmmədov XV turda "Şəfa"ya qarşı keçirdikləri matçın 45-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib, klub 3 000 manat cərimələnib.

