Azərbaycan millisinin üzvü Musa Qurbanlının da formasını geyindiyi “Yurqorden” bu gün İsveç çempionatında XVIII tur oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, komanda səfərdə “Myelbi” ilə qarşı-qarşıya gəlib. Görüş "Yurqorden"in minimal hesablı qələbəsi ilə başa çatıb.
Musa görüşün 72-ci dəqiqəsində – komandası hesabda irəli olduğu zaman Nigeriya əsilli isveçli hücumçu Coel Asoronun əvəzinə meydana daxil olub. Oyunda yeganə qolu da 22-ci dəqiqədə Asoro vurub.
Qeyd edək ki, “Yurqorden” bu nəticədən sonra turnir cədvəlində 33 xalla (18 oyun) 4-cüdür.

