Mərakeşin qadınlardan ibarət yığmasının müdafiəçisi Nuhayla Benzina dünya çempionatında çıxış edən ilk hicablı futbolçu olub.
Prosport.Az xəbər verir ki, o, Koreya millisi ilə qrup mərhələsinin II turunun matçında ilk dəqiqələrdən meydana daxil olub.
Benzina sonadək meydanda olub və matçın sonlarında sarı vərəqə alıb. Görüş Mərakeş yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 6-cı dəqiqədə hücumçu İbtissam Jraydi vurub.
Qeyd edək ki, Yeni Zelandiya və Avstraliyanın təşkilatçılığı ilə keçirilən qadınlararası dünya çempionatı iyulun 20-də start götürüb və avqustun 20-dək davam edəcək. ABŞ hazırkı dünya çempionudur. Onlar 4 dəfə dünya çempionu olub.

