Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        P.S.
    “Əmi, “Sabah” bayquşdur?” - YAZI + VİDEO
    2.03.2026 11:45:38

    Bu, dünən “Tofiq Bəhramov”da olan dialoqdan bir parçadır...

    Həmişə rahat maşınla daxil ola bildiyim Respublika stadionunun darvazasının qapısı üzümə açılsa da, dərhal da bağlandı. Birdən bir polis peyda oldu və mənə darvazanı açmış polisə irad bildirdi: “Mən deməmiş, heç kimi buraxma!”

    – Axı, maşınında buraxılış vəsiqəsi var.

    – Yaxşı, qoy bir dənə maraqlanım.

    Ratsiya ilə maraqlandı, xeyri olmadı. Əlqərəz, deyildi ki, oyun vaxtı stadiona maşın buraxılmır. O zaman PFL tərəfindən çap edilmiş bu buraxılış vəsiqəsi niyə verilib? Deyilənə görə, nazirlik belə tapşırıb.

    Artıq maşını MOK-un arxasında saxlayanda ilk hissənin sonları idi. Bu şaxtalı havada isti qəhvə içmək daha məqbul göründü mənə. Ona görə də özümü “Ganjlik Mall”a verdim...

    London derbisinə qaçacaqdım deyə, oyunu media yox, giriş qapılarına daha yaxın olan mərkəzi azarkeş sektorundan izləmək istədim. Stadiona daxil olmazdan əvvəl 10 mindən çox tamaşaçı və azarkeşin gəldiyini bilirdim. Çünki yolboyu “YouTube” vasitəsilə oyuna baxmışdım. Son 3 avrokubok matçında məğlubiyyətlərə baxmayaraq, azarkeşlərin turun mərkəzi görüşünə axın etməsi sevindirməyə bilməz.

    Azarkeşlər “Qarabağ”a görə gəlmişdi. Dialoqlardan bunu hiss etməmək mümkün deyildi. Bu şaxtalı havada uşağı ilə gələn, sevgilisi və ya həyat yoldaşı ilə gələn kim?

    73-cü dəqiqədə Pedro Bikalyo hesabı 1:3 edəndə, “görəsən, “Qarabağ” daha 2 qol vura bilər?” deyən azarkeş hesab 3:3 olanda balaca uşaq kimi sevincini yerində tullanmaqla qeyd edirdi.

    – Ata, bax, “Qarabağ” qol vurdu.

    Qabaq oturacaqlara həyat yoldaşı və uşağı ilə gələn ailə. Qadın canlı yayım açıb, Rusiyadakı atasına oyunu göstərir. Yaşlı ata oyunun sonunadək hadisələrin axarını qızı vasitəsilə öyrənə bilir.

    – Əmi, de da, nolar, “Sabah”a bayquşlar deyilmir?

    Balaca uşaq yanındakı “əmi”dən soruşur. Deyəsən, nəsə atmaca fikirləşib. “Əmi” təsdiqləyir.

    Oyunun sonlarına yaxın məşqçilər arasında dava azarkeşlərin bol qollu matça marağını daha da artırır. “Orda nə baş verdi?” kimi suallar yaranır. Tribunalar o hadisə yerindən çox uzaqdır, yalnız kiminsə “Sabah”ın məşqçilər korpusuna tərəf qaçdığı görünür. Sonradan bilinir ki, bu, Müşfiq Hüseynov imiş.

    Matçın baş hakimi matçı anidən bitirəndə sevinənlər “halal olsun, “kam bək” etdilər deyirdisə, üzülənlər də vardı, “Oyuna 6 dəqiqə artırarlar? Nə qədər dayanıb oyun” kimi hakimlikdən narazı qalanlar da...

    Dünən tribunanı gözəl hisslərlə tərk etdim. Çoxdandır olmadığım azarkeş tribunasında özümü avrokubok matçında olan kimi hiss etdim. Nə maraqlı imiş azarkeşi ilə olan Azərbaycan çempionatı?!

    Səbuhi Musa

    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Futbol

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    Futbol

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16
    Futbol

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40
    Futbol

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10

    "Sabah" - "Barselona" matçının biletləri satışda

    19.10.2026 18:40:16
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved