Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        P.S.
    "Neftçi" özünə gəlib! - YAZI
    28.02.2026 19:14:53

    Yuxarıdakı fikir sizə ciddi gəlməsin. Aşağıdakı şəklə baxmaq kifayətdir ki, fikrimin ironiya və ya sarkazmla dolu olduğu anlaşılsın.

    Bu gün "Neftçi"nin asan oyunlarının başa çatdığını yazmaq istəyirdim. Qış fasiləsindən sonra təqvim əməlli-başlı "Neftçi"nin xeyrinə işləyirdi. Yeni baş məşqçi gəlişindən sonra özünə bənzəməyən "Araz-Naxçıvan"a 4 qol vurmaq, autsayderlər zonasında olan "Qəbələ"ni çətinliklə məğlub etmək (fasilədən sonra "Qəbələ"nin üstün oynadığını unutmayaq) və "Gəncə səbəti", Ohori kimi söhbətlərlə "Kəpəz"ə qalib gəlmək hələ "Neftçi"nin özünə gəldiyini və ya başqa dillə desəm, Yuri Vernidubun bu xaosdan baş çıxardığını deməyə əsas vermirdi. Bunu kim ki deyirdi, demək ki, futbol anlayışı "Neftçi"yə azarkeşlik səviyyəsində idi və mən o insanları ciddiyə almaq fikrindən uzağam.

    Düzdür, bir para insanlar peyda olacaq ki, "Şamaxı"nın vurduğu penaltinin qol olmadığını iddia etsin. Belə tip iddialar həmişə olub, olacaq da. Necə ki bir qrup insanlar "Sabah"ı dartırlar" kimi iddialarla fikir formalaşdırmağa çalışır. Kimsə hansısa maraqlar üzündən bunu iddia edir, kimisə də "Neftçi" azarkeşidir. Şəxsən 2-cilər daha səmimidir və onlara deyiləcək sözüm yoxdur.

    Penalti iddiasında olanlar üçün 6 ay əvvəl tərəflərin Bakıda keçirilmiş ilk oyununu göstərə bilərəm. İlk hissədə Emin Mahmudovun vurduğu penaltiyə baxın. 43-cü dəqiqədə Eminin vurduğu top "Şamaxı"nın braziliyalı mərkəz müdafiəçisi Davidin əlinə dəyir. Elçin Məsiyev penalti qərarını verir. Bax, həmin penalti necə penaltidirsə, bu da o cür penaltidir!

    "Neftçi"nin çətin oyunları isə bundan sonra başlayır. Yaxşı ki, fevralın 21-də "Qarabağ"la oyun yuxarıların təzyiqi ilə təxirə salınıb. Yoxsa, əmin idim ki, prinsipial Qurban Qurbanov 2-ci heyətlə belə, bu "Neftçi"ni bağışlamayacaq. Yaxşı ki belə oldu. Ən azından məğlubedilməzlik seriyası məchul vaxta kimi uzanmış oldu.

    Əslində məchul dediyim vaxt uzaqda deyil. "Neftçi"nin təqviminə baxmaq kifayətdir ki, komandanın bu matçlarda xalsız qalacağını proqnozlaşdıraq. Bəlkə elə növbəti tur? Axı, yaxşı futbol göstərməyən, ancaq nəticəyə oynayan "Turan Tovuz" avrokuboklar üçün 3-cü pilləni əldən vermək istəmir. Və yaxud olsun "Qəbələ" və "İmişli" ilə matçlar. "Qəbələ" özünə gəlib və bu dəfə çətin ki "Neftçi" qapısı önündə yaratdığı şansları boşa versin. "İmişli" isə "Şamaxı" kimi "Neftçi"nin hələ ki yenə bilmədiyi komandaların başında gəlir.

    Bizi maraqlı proseslər gözləyir. Yaşayaq, görək...

    Mahmud

    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Futbol

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    Futbol

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16
    Futbol

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40
    Futbol

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10

    "Sabah" - "Barselona" matçının biletləri satışda

    19.10.2026 18:40:16
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved