PSJ-nin sabiq müdafiəçisi Serxio Ramos karyerasını MLS-də davam etdirə bilər.
Prosport.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Xəbərə görə, 37 yaşlı ispaniyalı "Los-Anceles" klubuna keçəcək.
Qeyd edək ki, Ramos PSJ-yə 2021-ci ildə keçib. O, 57 oyun keçirib və 5 qola imza atıb. Bu yay sözləşməsinin müddəti bitən futbolçu Paris klubunu azad agent kimi tərk edib.

