“Çelsi” UEFA tərəfindən cərimələnib.
Prosport.Az "The Atletic"ə istinadən xəbər verir ki, buna səbəb London təmsilçisinin natamam maliyyə məlumatları təqdim etməklə klubların lisenziyalaşdırılması və maliyyə feyr-pley qaydalarını pozmasıdır. Ona görə də klub 10 milyon avro cərimələnib.
Qaydaların əsas pozulması 2012-2019-cu illər arasında, rusiyalı iş adamı Roman Abramoviçin "Çelsi"yə sahib olduğu zamanlarda olub. "Çelsi"nin yeni sahibi Todd Bouli bu qayda pozuntularını əvvəlcədən müəyyənləşdirib UEFA-ya məlumat verib.
Qeyd edək ki, "Çelsi"nin hazırkı sahibi Todd Boulidir.

