Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Hakimlər Azərbaycan çempionatına necə təyinat alır? – YAZI
    24.02.2026 11:36:45

    Premyer Liqa bitməmiş I Liqada da hakimlik gündəmə çevrilməyi bacarır. "Sabah"ı dartırlar", "hakimlər qərəzlidir", "dünyanı massonlar idarə edir" kimi konspirasiya nəzəriyyəsindən uzağam. Amma təyinatlara baxanda insanda suallar formalaşır.

    Bildiyiniz kimi, qış fasiləsindən sonra ardıcıl 3 tur "Şəfa" turun mərkəzi görüşünə çıxdı (ardıcıl 3 heç-heçə buna görə başadüşüləndir, bundan sonra yəqin ki qələbələr sıralanacaq). 

    XIII turda "Şəfa" – "Baku Sportinq" oyununda (1:1) tərəflər baş hakim Kamran Əliyevin özündən və briqadasından narazı qaldı. Hər 2 tərəf oyunun sonlarında sayılmayan qollarına görə meydanı narazı tərk etdi.

    XIV turda "Səbail" – "Şəfa" oyununda (0:0) təyinat hakim Rəşad Əhmədova verildi. Premyer Liqada cəzalandırıldığı üçün onun bura göndərildiyi deyildi. Oyunun son saniyəsində əvvəlcə verilib, sonra ləğv edilən penalti qərarı vardı. PFL-in sonradan təqdim etdiyi görüntüdə topun Yusif Nəbiyevin sağ əlinə cərimə meydançasından kənarda dəydiyi müəyyən olundu. Yəni, Rəşad qərarını ləğv etməkdə düzgün addım atmışdı. Amma istənilən halda, nəticəsi "Mingəçevir"ə maraqlı olan oyunda mingəçevirli hakimin təyinatı hara baxsan, düzgün deyildi. Bunu hakimin qərəzli olub-olmamasından asılı olmayaraq, qaydalar belə tələb edir.

    Son turda – XV turda "Şəfa" – "Mingəçevir" oyununda (2:2) baş hakim Emin Əliyev idi. Oyunda hər şey vardı: 2 qırmızı vərəqə, 2 məşqçiyə verilən vərəqə, 1 penalti, 4 qol, +90-da gələn bərabərlik topu və oyundan sonra meydanda və Binə qəsəbə stadionunun dar paltardəyişmə otağında baş verən dava. Buna da səbəb baş hakimin oyunun ipini əldən verməsi idi. Düzdür, son dəqiqələrdə "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmlidən narazı ayrılmış Amil Yunanovun üstündə də məsələ bir az gərginləşdi. Amma istənilən halda, məsələ bu yerə qədər gəlib çıxmamalıydı. "Şəfa"nın köməkçi məşqçisi Zamir Həsənovun həmin vaxt bu sözü yadımda yaxşı qalıb: "Hansı hakimdən narazı qalırıqsa, bizə o hakimi göndərirlər".

    Oyundan sonra Ramiz Məmmədov da narazı idi. Adamı ardıcıl 2-ci dəfə "Şəfa" ilə matçlarda hakimlər özündən çıxarır, hər 2 matçda da qırmızı vərəqə alır. Bu dəfə dediyi "kişiliyin olsun" sözünə görə birbaşa qırmızı vərəqə aldı. AFFA İntizam Komitəsi isə onu bu dəfə 4 oyunluq cəzalandırdı, kluba da 3 min manat cərimə yazdı. Maraqlısı bundadır ki, noyabrda keçirilmiş "Mingəçevir" – "Şəfa" oyunundan sonra da klub 3 min manat cərimələnmişdi (həm baş məşqçinin "qırmızı"sına görə, həm də azarkeşlər tərəfindən hakimlərin təhqir olunmasına görə).

    Ramiz Məmmədovun AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənova saytımız vasitəsilə ünvanladığı bu çağırı isə tamamilə doğrudur: "Mən dünya futbolunda 1 dəqiqə 35 saniyəyə 1 qapıya 2 penalti təyin edildiyini görməmişəm. Amma bizim qapımıza görmüşəm. Mən onları günahlandırmıram. Amma hakimlikdən narazı qaldım. İstəyərəm ki, Rəhim Həsənov necə yüksək liqa oyunlarındakı hakim səhvlərini bir-bir göstərir, I Liqadakı matçları da təhlil etsinlər və futbol ictimaiyyətinə göstərsinlər. Bu bizim inkişafımız deməkdir. Təəssüf ki, I Liqada bu yoxdur. Əgər Azərbaycan futbolunun inkişafını istəyiriksə, mütləq həmin analiz olmalıdır. Hakimlər Komitəsinin sədri kimin səhv etdiyini açıqlamalıdır. Yalnız bundan sonra inkişafdan danışa bilərik" (istəyənlər üçün linki kommenti ata bilərəm).

    Növbəti turda mərkəzi görüş Bayıl stadionundakı "Səbail" – "Baku Sportinq" görüşü olacaq. Premyer Liqa təcrübəsi olan Kamal Umudlu təyin olunub bu matça. Bəyəndiyim hakimlərdəndir. Ümid edirəm ki, bu matçda hamı hakimliyi yox, oyunu müzakirəyə çıxaracaq.

    Səbuhi Musa

    Futbol

    Toral Bayramovun komandasının oyununda hakim biabırçılığı - VİDEO

    4.09.2026 11:17:26
    Futbol

    Murad Məmmədov Kiprdə ilk titulunu qazandı

    4.09.2026 10:50:28
    Futbol

    Premyer Liqa: IV tur Qəbələdə start götürür

    4.09.2026 10:04:28
    Futzal

    Azərbaycanda bu 3 federasiya ləğv edildi, yeni rəhbər bilindi – FOTO

    4.09.2026 00:19:57
    Futbol

    Cenevrədə UEFA hakimlərinin yay kursu keçirildi – FOTOLAR

    3.09.2026 22:31:37
    Futbol

    Mahir Emrelidən 6-cı qol, "Rakuv" yenə uduzdu

    3.09.2026 21:57:37
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Toral Bayramovun komandasının oyununda hakim biabırçılığı - VİDEO

    4.09.2026 11:17:26

    Murad Məmmədov Kiprdə ilk titulunu qazandı

    4.09.2026 10:50:28

    Millimizin türkiyəli baş məşqçisi ilə yollar ayrıldı

    4.09.2026 10:26:43

    Premyer Liqa: IV tur Qəbələdə start götürür

    4.09.2026 10:04:28

    Azərbaycanda bu 3 federasiya ləğv edildi, yeni rəhbər bilindi – FOTO

    4.09.2026 00:19:57

    Qız voleybolçularımızdan Avropa çempionatında erkən vida, oğlanlar 2 qələbə qazandı

    3.09.2026 23:05:15

    Cenevrədə UEFA hakimlərinin yay kursu keçirildi – FOTOLAR

    3.09.2026 22:31:37

    Mahir Emrelidən 6-cı qol, "Rakuv" yenə uduzdu

    3.09.2026 21:57:37

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində səs-küylü ayrılıq

    3.09.2026 21:46:13

    "Neftçi SOCAR" mövsüm finalında Fransa, Niderland, Almaniya millilərinə qarşı

    3.09.2026 21:09:43

    Cüdo yığmamız Avropa çempionatına 2 "qızıl"la başladı - YENİLƏNİB

    3.09.2026 20:42:40

    "Zirə"dən günün 2-ci transferi - VİDEO

    3.09.2026 20:20:17

    "Karvan Yevlax" mövsümə qələbə, "Səbail" və "Xankəndi" heç-heçə ilə başladı

    3.09.2026 19:41:20

    "Neftçi"nin sabiq futbolçusu "Olimpiakos"a keçdi

    3.09.2026 19:16:14

    "Mançester Yunayted"in 65 milyonluq yeni transferi "Sabah"a qarşı oynamayacaq

    3.09.2026 18:23:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved