Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Qarşı tərəf bizi təxribata çəkməyə çalışırdı" – Ərhan Tokər
    13.02.2026 22:24:14

    "Absheron Layns" Azərbaycan Basketbol Liqasının XVII turunda səfərdə "Gəncə"yə 81:71 hesabı ilə qlib gəlib.

    Prosport.Az xəbər verir ki, oyundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb:

    Ərhan Tokər ("Abşeron Layns"): "Qələbə qazandığımız üçün sevincliyəm. Oyunçularımı təbrik edirəm. Çox yaxşı mübarizə apardılar. Yaxşı müdafiə olunduğumuz bir qarşılaşma oldu. Hətta hakimlər bir qədər sərt oyuna icazə versəydilər, rəqib daha az xal qazanacaqdı. Bir oyunçumuz vaxtından tez oyunu tərk etdi. Çünki qarşı tərəf bizi təxribata çəkməyə çalışırdı. Məhz bunun nəticəsində də texniki foullar alındı. Sonradan 2 tərəf də sakitləşdi. Buna baxmayaraq, yenə də basketbolçularımıza qarşı qıcıq yaradacaq hərəkətlər oldu. Bunlara rəğmən sona qədər istədiyimiz nəticəni qoruyub saxlaya bildik. Basketbol belə oyundur. Oyunçular bəzən bir-birinə qarşı sərt, kobud və xoşagəlməz davranışlarla yadda qalırlar. Qələbə üçün sevinsəm də, belə durumlar üçün üzülürəm. Belə olmasını istəmirəm. Parketdə əsl mübarizənin olmasını və layiqli tərəfin qələbə qazanmasını istəyirəm".

    Halil Atlı ("Gəncə"): "Əvvəlcə rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Yaxşı kollektivdir. Basketbolçuların ortaya qoyduğu oyun xoş sözlərə layiqdir. Onlara qarşı oynamaq bizim üçün də xoşdur. Çünki oyunboyu taktiki-texniki dəyişiklər olur, bu da basketbol adına sevindiricidir. Özümüzə gəlincə, komandamız meydanda mübarizə apardı. Uşaqlara buna görə təşəkkür etdim. Danışıb həyata keçirə bilmədiyimiz çox şey var. Hətta bəzi şeyləri sona qədər danışdığımız kimi oynaya bilmədik. Buna baxmayaraq, rəqibə daha çox xal atmağa imkan vermədik. Amma onlardan çox xal yığa bilməyəndən sonra məğlub olursan. Qarşıda kubok oyunu var, diqqətimizi buna yönəldəcəyik. Müntəzəm liqanın əsas mərhələsinin başa çatmasına daha 3 oyun var. Səhvlərimizi aradan qaldırıb, çempionatı ən yaxşı şəkildə başa vurmaq istəyirik".

    Basketbol

    Basketbol Federasiyası yeni əməkdaşlığa start verdi

    23.11.2026 17:19:15
    Basketbol

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Basketbol

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Basketbol

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Basketbol

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Top oyunları

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    2031 və 2035-ci il dünya çempionatlarına bu ölkələr ev sahibliyi edəcək

    23.11.2026 20:42:55

    Yüksək və Birinci Liqalarda ilk turun nəticələri

    23.11.2026 20:20:16

    İlk dəfə təşkil olunacaq Qran-pridə 2 cüdoçumuz mübarizə aparacaq

    23.11.2026 19:48:41

    "Qarabağ"da yeni transferlər - Rəhbərlik ekstra büdcə ayırdı

    23.11.2026 19:22:44

    Millimizin kapitanı Riqada mükafatlandırıldı

    23.11.2026 18:46:09

    II Liqa: "Marafon" və "Şəmkir"dən qələbə

    23.11.2026 18:15:17

    UEFA "Sabah"ın legionerinin cəzasını açıqladı

    23.11.2026 17:46:23

    Basketbol Federasiyası yeni əməkdaşlığa start verdi

    23.11.2026 17:19:15

    "Barselona" Bakıda 22 futbolçu ilə gəlir - ADLAR

    23.11.2026 16:47:21

    Millimizə 27 futbolçu çağırıldı - ADLAR

    23.11.2026 16:12:13

    FIFA referimiz "Benfika"nın oyununa təyinat aldı

    23.11.2026 15:43:29

    Öncə Dambrauskas, sonra Flik

    23.11.2026 15:12:22

    Bakı "Barselona"nın avrokuboklar tarixində ən uzun səfəri olacaq

    23.11.2026 14:40:52

    "Sumqayıt" legioneri ilə müqaviləni pozdu

    23.11.2026 14:08:34

    "Barselona" ulduz futbolçunu Bakıya gətirmir - SON DƏQİQƏ

    23.11.2026 13:38:36
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved