Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Hacı Əliyev: "Tarix yaza-yaza gedirəm" – MÜSAHİBƏ
    20.04.2023 12:49:13

    Məlum olduğu kimi, sərbəst güləşçimiz Hacı Əliyev 4-cü dəfə Avropa çempionu olub. Prosport.Az-a müsahibəsində idmançımız bu yarışla bağlı fikirlərini bildirib:

    – 4-cü dəfə Avropa çempionu olmaq necə hissdir?
    – 4-cü dəfə Avropa çempionu olmaq çox gözəl, izah olunmayacaq hissdir. Bunu bir tarix olaraq yenə mən yazdım və dördqat Avropa çempionu oldum. Bildiyiniz kimi, həm də üçqat dünya çempionuyam. Sevinirəm ki, güləşdə tarixləri yaza-yaza gedirəm. Bu qələbə tək mənim deyil, həm də xalqımızın, Prezidentimizin, valideynlərimin, məşqçilərimin qələbəsidir.

    – Avropa çempionu olmaq yolunda 4 görüş keçirdiniz. Həm 1-ci, həm də 4-cü görüşdə böyükhesablı qələbə qazandınız. Sonuncu görüşdə final olmasına rəğmən, rəqibinə belə asanlıqla qalib gələcəyinizi gözləyirdiniz?
    – İlk görüş çox rahat və daha enerjili idim. Ona görə də italiyalı rəqibimə böyük xal fərqi ilə (12:1) qalib gəldim. 2-ci və 3-cü görüşlər bir qədər çətin keçdi. Rəqiblərin çəkidə və fiziki güc baxımından məndən üstün olması bir qədər problem yaradırdı. Ancaq şükür Allaha, bunun öhdəsindən gəlməyi bacardım. Final öncəsi isə bir gün istirahət etmək imkanım oldu və həmin görüşə kökləndim. Düzdü, finalda güləşdiyim Bolqarıstanı təmsil edən Dağıstan güləşçisi 70 kq-da güclü rəqiblərdəndir. Bilirdim ki, rəqib ilk saniyələrdən üstümə gələcək. Ancaq taktika qurmuşdum ki, rəqibi 2 və 3-cü dəqiqələrdə qarşılayım və xal alım. Necə fikirləşdimsə, elə də oldu.

    – 4 Avropa çempionluğunun 3-nü fərqli çəkilərdə qazanmış yeganə azərbaycanlı güləşçisiniz. Bu haqda da fikirlərinizi bilmək maraqlı olardı...
    – Doğrudan da əvvəl 61 və 65 kq çəki dərəcələrində çempion olsam da, bu dəfə 70 kq-da çempion olmağı bacardım. Hər dəfə çəki dəyişib, güləşmək çətin məsələdir. Çünki fərqli rəqiblər, fərqli güləş üslubları olur. 70 kq-da güləşməyimə gəlincə, burada özümü hazır hiss etdiyim üçün Avropa çempionatına gəlmişdim. Düşünürdüm ki, Avropa çempionu ola bilərəm... İndi qarşılaşdığım 4 rəqiblə ilk dəfə güləşirdim. Amma bu çəki dərəcəsində indi güləşənlərdən bəziləri ilə əvvəl qarşılaşıb, qalib gəlmişdim.

    – Yeni baş məşqçi Xetaq Qazyumov milliyə qısa müddət öncə baş məşqçi təyin olundu. Onun bu qələbədə nə qədər pay sahibliyi var?
    – Qələbədə hamının payı oldu. Düzdür, Xetaq Qazyumov gələnə qədər də yaxşı hazırlıq keçmişdik. O gələndən sonra daha da gözəl rejimdə məşqlər oldu. Hər zaman çalışmışam ki, bütün məşqçilərlə əl-ələ verim, çalışım. Məncə, uğurumun bir səbəbi də budur ki, bütün məşqçilərlə çalışa bilirəm. İnşallah, daha da yaxşı olacaq. Məqsədim Olimpiya çempionu olmaqdır. Allah bunu mənə nəsib etsin. Bunun üçün nə əziyyət çəkmək lazımdısa, hamısını çəkirəm.

    – Xetaq Qazyumovun milliyə baş məşqçi gəlməsi ilə güləş taktikanızda hansısa dəyişiklik varmı? Yoxsa Hacı Əliyev həminki Hacı Əliyevdir?
    – Taktika ilə bağlı elə bir dəyişiklik yoxdur. Sadəcə olaraq, bayaq dediyim kimi, finaldakı rəqibə qarşı fərqli taktika qurmuşdum. Həm də çəki dərəcələrindəki güləşlər arasında fərqlilik olur. Bunu özüm güləşdiyim zaman hiss edirəm.

    – Sonuncu Avropa çempionluğunuz 4 il əvvəl Rumıniyanın paytaxtı Buxarestdə olmuşdu. 4-cü qitə çempionluğu niyə bu qədər gec gəldi?
    – Bəli, bunun üstündən uzun müddət keçmişdi. Avropa çempionu ola bilmirdim. Amma bu illər ərzində bunun üçün hazırlaşırdım, boş dayanmamışdım. Ötən il Macarıstandakı finalda yerli idmançıya uduzdum. Amma bu o demək deyil ki, məndə zəiflik, geriləmə var. Əksinə, yarışlara yaxşı hazırlaşıram. Bunun nəticəsidir ki, 4-cü dəfə Avropa çempionu olmağı bacardım.   

    Güləş

    Bakıdakı nüfuzlu yarışların azərbaycanlı hakimləri açıqlandı

    24.08.2026 20:39:15
    Güləş

    Dünya çempionatı: Güləşçimiz ermənini xalçaya çıxmağına peşman etdi

    22.08.2026 20:39:07
    Güləş

    Dünya çempionatı: 2 qadın güləşçimiz finalda uduzdu

    21.08.2026 21:36:04
    Güləş

    Bakıdakı dünya çempionatına 24 ölkədən 200-ə yaxın idmançı qatılacaq

    20.08.2026 15:43:05
    Güləş

    Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

    19.08.2026 22:08:57
    Güləş

    Ayxan Cavadov ardıcıl 2-ci dəfə dünya çempionatının finalında

    18.08.2026 21:57:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Ümumi məqsəd futbolun inkişafıdır” – Mehman Əlimov

    24.08.2026 23:42:52

    "Qarabağ"la oyun öncəsi "Tvente"də yeni müqavilə

    24.08.2026 23:40:26

    Ramil Şeydayev KAMAZ-a qarşı oynadı

    24.08.2026 23:09:31

    "Karvan-Yevlax" növbəti transferini açıqladı

    24.08.2026 22:43:17

    "Qarabağ"dan inamlı qələbə, "Neftçi" darmadağın oldu

    24.08.2026 22:15:31

    "Turan Tovuz"un qolu niyə sayılmadı? - VİDEO

    24.08.2026 21:43:03

    Avropa çempionatı: Millimizdən ardıcıl 3-cü qələbə

    24.08.2026 21:19:50

    "Bu stadionda oynamağı sevirik" - Velko Simiç

    24.08.2026 21:06:58

    "Sabah qalib gələcəyimizə inanırıq" – Valdas Dambrauskas

    24.08.2026 20:55:59

    Bakıdakı nüfuzlu yarışların azərbaycanlı hakimləri açıqlandı

    24.08.2026 20:39:15

    “Zirə” - “Neftçi” matçının başlama saatı bilindi

    24.08.2026 20:07:59

    "Ailəm "Sabah"la oyunu tribunadan izləyəcək" - Ran Kojux

    24.08.2026 19:12:17

    "Xəyal qurmaq insanın təbiətində var, lakin hələ yolun yarısındayıq" - "Hapoel"in qapıçısı

    24.08.2026 19:03:45

    "Karvan-Yevlax" Ezeni heyətinə qatdı

    24.08.2026 18:40:13

    Kevin Medina yeni klubunda ilk titulunu qazandı - FOTO

    24.08.2026 18:15:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved