Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    I Liqa təmsilçisi önünə Abubakarla çıxmaq “Neftçi” adına yaraşmır - VİDEO
    31.10.2025 17:10:00

    Öncədən düşündüyüm baş verir. Samir Abasov deyir ki, MOİK-lə matç “Neftçi”nin real gücünü göstərmir. Mənim üçün göstərdi. Əgər Abubakar kimi oyunçu start heyətdə oynadılmayıb, matça Ağadadaşla başlanılsaydı, mən də 2 əllə Abasovla razı olardım.

    Abubakardan başqa, öz hücumameyilli futbolçularımız da MOİK-ə qol vurmağın çətin olmadığını göstərdi. MOİK I Liqada var-gəl edən, 8-ci sırada olan və autsayder “Şimal”dan cəmi 3 xal öndə olan komandadır.

    Yəni, I Liqa təmsilçisi önünə Abubakarla çıxmaq “Neftçi” adına yaraşmır. Üstəlik, çıxıb 2 qol yemək bundan da betər yaraşmır. Daha bir üstəlik, VAR-ın olmadığı matçda MOİK 3-cü qolu vurur. Kim bilir VAR olsa, bu qol ofsayd sayılacaqdımı, yoxsa “Araz-Naxçıvan”la matçda olduğu kimi VAR işləməyəcəkdi və daha sonra ekranda göstərilməyən xətt bizə təqdim olunacaqdı...

    MOİK-lə oyundan sonra fikrimi bir daha da qətiləşdirdim ki, komandaya hücumçu yox, müdafiəçi və qapıçı (onsuz da Rza Cəfərov küsdürülüb, oynadılsa da, motivasiyasız biridir) lazımdır. Əgər müdafiəçin MOİK-lə oyuna köklənməkdə çətinlik çəkirsə, bu nə jurnalistin, nə azarkeşin günahı deyil. Bu, futbolçu və onu matça kökləməli olan məşqçinin işidir.

    Abubakarın gəlişi “Neftçi”nin ən zəif oyun qrafiki olan vaxtına təsadüf edir. Əvvəl “Qəbələ”, daha sonra MOİK, ayın 1-də də “Kəpəz”lə oyun. Ardıcıl 3-cü qələbə böyük motivasiya olacaq. Amma ən savadlı “Neftçi” azarkeşi də bilir ki, bu məsələlər bir Abubakarla həll olunmur. Bunun üçün köklü sistem düzəlməlidir. Məsələn, noyabrın 9-da tək Abubakarla “Qarabağ” önündə nəsə etməyin mümkünsüz olduğunu hamı yaxşı bilir (ümumiyyətlə, bu komanda son illər uğurlu qrafik cızan kimi “Qarabağ” önünə çıxır və hər şeyi sıfırdan başlamağa məcbur edir). Olsun elə “Zirə” ilə 1/8 final oyunu. Müdafiə və qapın etibarlı deyilsə, hücumçun 5 qol vursa nəyə yarayar, vurmasa nəyə...

    Səbuhi MUSA

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved