Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Hidayət Heydərovun müəllimi onun çəkisini sala bilməməsinin səbəbini açıqladı: "İspaniyaya getmişdi"
    7.03.2026 09:16:21

    "Daşkənd Böyük Dəbilqəsindən qabaq məndən soruşmuşdular ki, Hidayət Heydərovla bağlı proqnozların nədir? Mən də dedim ki, tələbələrimin hər üçünün medal qazanmaq şansı var. Qızıl medal deməmişdim. Ancaq Murad Fətiyev və Kənan Nəsibov çempion oldu. Sadəcə, Hidayət çəkisini sala bilməyib deyə güləşmədi". 

    Bunu Prosport.Az-a Əməkdar məşqçi, Prezidentin fərdi təqaüdçüsü, Hidayət Heydərovun ilk müəllim-məşqçisi Tərlan Həsənov deyib.

    83 yaşlı məşqçi tələbəsi Hidayət Heydərovun 27 fevral – 1 mart tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş Böyük Dəbilqə yarışında çıxış edə bilməməsi haqda danışıb. Onun sözlərinə görə, olimpiya, dünya və Avropa çempionumuzun çəkisini aşağı sala bilməməsi İspaniyanın paytaxtı Madriddə keçirilmiş master klasda iştirak etməsi olub:

    "Yarışdan əvvəl master klass keçmək üçün İspaniyaya getmişdi. Orada 1 həftə qalıb və Bakıya gələn günün ertəsi səhər Daşkəndə uçdu. Ona görə də çəkisini sala bilməyib. Onu gərək yığma komandanın məşqçiləri master klassa buraxmayardılar. İspaniyaya getdiyini mən bilmirdim. Ona zəng etdim, dedim ki, haradasan? Dedi ki, İspaniyada. Dedim bu sənə lazımdır? Dedi ki, IJF (Beynəlxalq Cüdo Federasiyası – red.) çağırıb, getməmək olmur. Dedim ki, qarşıda sənin yarışın var axı. Dedi ki, çəkimi salacağam, burada məşq edəcəyəm. Nəzarətsiz qalıb, çəkisi 700 qram artıq olub. Çatdırmayıb və yarışa çıxmayıb".

    "Kanokan TT" Peşəkar Cüdo İdman Klubunun rəhbəri olan Tərlan Həsənov isə tələbəsinə verilən cəza ilə razılaşmadığını bildirib: "Ona cəza veriləndən sonra özü ilə danışa bilməmişəm. Çünki yarışdan sonra milli komanda Daşkənddə təlim-məşq toplanışında idi. Fikrimcə, Hidayətə çəki sala bilmədiyi üçün cəza verilməyə bilərdi. Bu, Avropa və ya dünya çempionatı deyil. Belə şeylər olur".

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Cüdo

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved