Azərbaycan Basketbol Liqasının III turunda növbəti oyun keçirilib.
Prosport.Az xəbər verir ki, turun oyun günündə NTD və “Abşeron Layns” klubları üz-üzə gəlib.
Bakı İdman Sarayında keçirilən görüş nominal qonaqların inamlı qələbəsi ilə başa çatıb – 81:99 (16:29, 24:29, 16:23, 25:18).
Qalib komandanın heyətində ən məhsuldar oyunçu Gediminas Orelik olub. O, matçda 19 xal toplayıb.
