Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Multiidman yarışları
    Boksçularımız III MDB Oyunlarını 24 medalla başa vurdu
    6.10.2025 09:00:59

    Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında boks yarışlarına yekun vurulub.

    Prosport.Az xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turnirin son günündə oğlan boksçular qalibləri müəyyənləşdiriblər. Finalda mübarizə aparan millimizin 5 idmançısının hər biri qələbə qazanaraq, komandamızın aktivinə daha 5 qızıl medal əlavə ediblər.

    Qardaş Rəhimov (46 kq) həlledici görüşdə Utkırbek Norkosimovdan (Özbəkistan) güclü olub. O, rəqibini 3:2 (29:28, 28:29, 27:30, 29:28, 30:27) hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

    Millimizə növbəti qızıl medalı Əli Əliyev (48 kq) qazandırıb. O, finalda Azamjon Hasanovdan (Tacikistan) güclü olub – 3:2 (29:28, 27:30, 29:28, 30:27, 27:30).

    Əli Abaslı (52 kq) da MDB Oyunlarında bütün rəqiblərinə qalib gəlib. O, həlledici qarşılaşmada Ediqe Nurqoja (Qazaxıstan) üzərində 3:2 (27:30, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanaraq növbəti qızıl medalımızı rəsmiləşdirib.

    Şahin Aslanov (60 kq) Otabek Nurmahamadovla (Özbəkistan) döyüşü aktivinə yazıb. Boksçumuz rəqibini 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə məğlub edib.

    Səfdər Məmmədzadə (+80 kq) də komanda yoldaşlarının uğurunu təkrarlayıb. O, Farxodjon Bahadırova (Özbəkistan) 4:1 (29:28, 30:27, 29:28, 29:28, 28:29) hesabı ilə qalib gəlib.

    Beləliklə, oğlanlardan ibarət millimiz MDB Oyunlarını 5 qızıl, 9 bürünc medalla başa vurub.

    Bununla da komandamızın hesabındakı medalların sayı 24-ə yüksəlib. Onlardan 6-sı qızıl, 5-i gümüş və 13-ü bürünc olub.

    Daha öncə Gülər Hüseynova (48 kq) da birinci yeri tutub. Aysel Fərəcova (46 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (54 kq), Aynur İsmayılova (60 kq), Fidan Bakarova (63 kq) gümüş, Aylin Nəzərova (46 kq), Zəhra Məmmədova (52 kq), Azərpur Mirruqəyya (57 kq), Səma Abbasova (66 kq), Əli Ruşanov (46 kq), Ayxan Həsənov (50 kq), Raul Heydərli, Əflatun İsmiyev (hər ikisi 57 kq), Toğrul Quliyev (60 kq), Haqverdi Həsənov (63 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq) və İsmayıl Vəliyev (80 kq) isə MDB Oyunlarında bürünc medal qazanıblar.

    Qeyd edək ki, Azərbaycan millisi 24 medala bu yarışın tarixində ilk dəfə yiyələnib. Medalların əyarında da əvvəlki iki Oyunlarla müqayisədə yeni rekord vurulub. Həmçinin boksçularımız ilk dəfə qızıl medallara da yiyələniblər.

    Boks

    Azərbaycanın 2 boksçusu Avropa çempionatının yarımfinalında

    21.11.2026 12:43:57
    Boks

    Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda

    18.11.2026 23:11:25
    Döyüş növləri

    Daha bir boksçumuz 1/4 finalda

    18.11.2026 19:47:37
    Boks

    Erməni idmançı diskvalifikasiya olundu, boksçumuz mərhələ adladı

    18.11.2026 10:39:57
    Boks

    Bu federasiyaya yeni baş katib təyin olundu

    16.11.2026 20:15:01
    Döyüş növləri

    Avropa çempionatı: 2 boksçumuz startda erməni ilə qarşılaşa bilər

    16.11.2026 11:20:15
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved