Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bunun üçün bəzən bir oyunu qurban veririk" - Qurban Qurbanov
    4.10.2025 20:17:40

    "Qarabağ" Misli Premyer Liqasının VII turunda "Azersun Arena"da "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Azər Bağırova uğurlar arzulayıram. Məsuliyyətli işin altına girib. İlk oyununda göründü ki, meydanda tam başa kollektiv var. "Kəpəz"ə qarşı oynamaq rəqiblər üçün heç də yaxşı olmayacaq. Futbolçuları təbrik edirəm. Çox vacib qələbə qazandıq. Oyunun keyfiyyəti bir az aşağı idi. Meydança amili hər iki komandaya təsir edirdi. Daha istəkli olmalıydıq. 3 gün əvvəl "Kopenhagen"lə matçda meydanda olan futbolçulardan heç biri əsas heyətdə oynamırdı. İstəkli olmaq lazım idi. Görünür ki, həmin oyunun atmosferi hələ tam getməyib. Bu gün 3 xal çox vacib idi. Azarkeşlərə təşəkkür edirəm.

    - Oyunun tempinin aşağı olması komandanın yorğunluğu ilə bağlı ola bilər? Milli fasilədə futbolçulara neçə gün istirahət verəcəksiniz?

    - Yorğunluq ola bilər. Oynamayan futbolçular ritmdən uzaq olurlar. Bayaq qeyd etdiyim kimi, meydança amili var idi. Topun yerlə getməsinə mane olurdu. Son vaxtlar meydança çox yüklənib. Həm "Turan Tovuz" ev oyunlarını burada keçirir, həm də U-19 komandamız UEFA Gənclər Liqasında burada oynadı. Növbəti matçlarda daha yaxşı olacaq. Avropadakı oyunun sürəti ilə buradakının arasında çox böyük fərq var. Futbolçulara 4 gün istirahət verəcəyik.

    - Hazırda yaxşı formada olan "Qarabağ"a milli fasilə necə təsir edəcək?

    - Demək çətindir. Bizdə bəzən kollektiv şəkildə istirahət çox vacib olur. Düzgün bərpanın, istirahətin komandaya faydası çox olur. Millinin oyunçuları ilə bağlı bir az problemlərimiz olacaq. Həm fiziki, həm psixoloji yorğunluq olur. Fikirləşəcəklər ki, komanda yoldaşlarım istirahət edir, mən isə məşq edirəm. Fiziki yorğunluğu necəsə aradan qaldırırıq. Bəzən bir oyunu qurban veririk. Məni həmişə ən çox narahat edən psixoloji yorğunluq olub. Proqram bütün komandalar üçün eynidir. Rəqiblərimizin oyunçuları da milli komandalara gedəcək. Bəlkə də fasilənin bizim üçün faydası var. İstər-istəməz biz belə tempə az öyrəşmişik.

    - Kamilo Duranı transfer edəndə onu əsas hücumçu kimi düşünmüşdünüz?

    - Oyunçunun potensialını görmüşdük. Həm solda, həm sağda, həm də hücumda oynamaq qabiliyyəti var. Nəriman Axundzadə də həmçinin. Belə futbolçular bəzən komandaya əlavə fayda verir.

    - "Qarabağ"da oynamış legionerlərdən hansını indi Çempionlar Liqasında iştirak edən komandada görmək istəyərdiniz?

    - Belə düşüncəm olsa da, faydası yoxdur. Real baxmaq lazımdır. Amma inanın ki, hamısını istəyərəm. Hərəsinin öz yeri var.

    - İndidən "Atletik"i təhlil etməyə başlamısınız?

    - Hələ yox. Bir neçə gün istirahət edib daha dərindən təhlil etməyə başlayacağıq.

    Futbol

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57
    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Mövlud Mirəliyev 4-cü dəfə dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Azərbaycan çempionatının və klubunun adı dəyişdirildi, "Azərmaş" sponsor gəldi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved