"Qarabağ" komandası UEFA reytinqində Azərbaycanın əmsalını artırıb.
Prosport.Az xəbər verir ki, bu, "köhlən atlar"ın Çempionlar Liqasının əsas mərhələsinin II turunda evdə Danimarkanın "Kopenhagen" klubunu məğlub etməsi (2:0) ilə mümkün olub.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv qələbə sayəsində ölkənin hesabına daha 0.500 əmsal yazdırıb. Azərbaycan hazırda 22.000 əmsalla 25-ci pillədə qərarlaşıb. 24-cü yerdə Serbiya (22.375), 26-cı sırada Slovakiyadır (21.375).
Qeyd edək ki, İngiltərə (97.116) UEFA reytinqində birincidir.