Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Futbol
    "Allaha şükür, bizdə elə bir şey yoxdur" - Qurban Qurbanov
    30.09.2025 14:54:09

    "Sevindirici haldır ki, böyük turnirin, böyük futbolun Bakıda növbəti oyunu keçiriləcək. Həm sevincli, həm də çox həyəcanlı, məsuliyyətliyik. İlk oyun olduğu üçün bilirik ki, diqqət çoxdur. Azərbaycanın hər bölgəsində matça maraq böyükdür. Bu oyuna bacardığımız qədər yaxşı hazırlaşdıq. Vaxtımız az idi. Bu gün imkanımız olacaq ki, bir az da hazırlaşaq. Yaxşı və ciddi komandaya qarşı oynayırıq. İnanıram ki, futbolçularım öz qabiliyyətləri və bacarıqları ilə yaxşı mübarizə aparacaq, azarkeşlərimizi sevindirməyə çalışacaqlar".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Kopenhagen"lə matçdan öncə keçirilmiş mətbuat konfransında deyib.

    O, sabah baş tutacaq oyun haqda fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıb:

    - Çoxdandır Azərbaycansayağı künc zərbəsindən qol görmürük. Bunu sabah və növbəti matçlarda görə bilərik?

    - Rəqibimizin imkan verəcəyi dərəcədə bunu edəcəyik. Bütün rəqiblər buna hazırdır. O qədər təkrar olunub ki, rəqiblər bunu bilir. Hər şey ola bilər. 

    - "Benfika" üzərindəki qələbədən sonra Avropa və dünyanın diqqəti "Qarabağ"dadır. Komanda bu məsuliyyətlə meydana çıxmağa hazırdır? Təzyiq komandaya təsir edir?

    - İnanın ki, həmişə belə anlarda çox sevinirəm. Çünki əgər Avropa və dünya fubtolunun "Qarabağ"a diqqəti varsa, bu, Azərbaycana olan diqqətdir. Azərbaycanla daha yaxından maraqlanırlar. Bəli, bu gün ola bilər ki, futbolda uğurlarımız, nəticələrimiz elə də ürəkaçan deyil. Ancaq belə qalibiyyətlər futbolu daha çox sevdirir, futbolçularımıza inam verir. Futbola yatırım qoymaq istəyən insanlarda inam və həvəs yaradır. Futbol idmanın şahıdır. Buradakı qələbələr illər boyu danışılır. Xüsusilə də böyük nailiyyətlər. İlk olaraq bunu düşünürəm. Bunu düşünərək də, futbolçulara deyirəm ki, bu fikirlərlə meydana çıxaq. Belə hallarda məsuliyyət daha da çoxalır. Ən vacibi odur ki, hamınız bura inamlı gəlirsiniz. Həyəcan mütləq olur. Məsuliyyət olduqda istənilən uğuru əldə etmək olar. Bəlkə ilk dəqiqələrdə həyəcan ola bilər. İdman elədir ki, işin içinə girdikcə, qorxu, həyəcan yox olmağa başlayır. Bəzən uduzursan, yıxılırsan. Yavaş-yavaş həyəcan yox olur. Vacibdir ki, bunu dərk edərək meydana çıxasan. 90 dəqiqə qorxu olsa, böyük problem yaradar. Allaha şükür, bizdə elə bir şey yoxdur.

    - 2017-ci ildə Çempionlar Liqası matçları Bakı Olimpiya Stadionunda keçirildi. Tofiq Bəhramov adına Respublika stadionunun durumu necədir? Bu stadion komanda üçün daha rahatdır?

    - Elə bir şey var. Bəlkə futbolçular özlərini daha rahat hiss edirlər. Əsas Bakıda olmağımızdır. Bəlkə BOS-da da oyunları keçirə bilərdik. Geniş arenanı Avropaya göstərməyimiz faydalı iş olardı. Meydança amili rol oynayır. BOS-da da olsaydı, məsuliyyət eyni qalacaqdı.

    - Mərkəzi arenanın ot örtüyü nə yerdədir?

    - Normaldır. Nə qədər yaxşı görünməsə belə, həmişə razı qalmışıq. Başa düşürük ki, elə period olur, istədiyini əldə edə bilmirsən. İqlimdən də çox şey asılıdır. Bizim şəhər fərqli iqlimdədir. Buna baxmayaraq, əvvəlki illərə baxanda, daha yaxşı duruma doğru gedir.

    - Marko Yankoviçin əvəzinə hansı futbolçu oynayacaq?

    - Təxmini bilirəm. Amma yenə də axşamkı məşqdə bir neçə rotasiya edəcəyəm. 

    - 2017-ci ildəki "Kopenhagen"lə indiki arasında hansı fərq var?

    - Bu klubun üstünlüyü ondadır ki, öz oyun fəlsəfəsindən əl çəkmir. 2017-ci ildən bu yana sistemlərində dəyişiklik olmayıb. Çox nadir hallarda bəzi rotasiyalar edirlər. Üstünlükləri də budur. Çalışırlar ki, onu illərlə daha da təkmilləşdirsinlər. Bu da onların sabit nəticələrinə gətirib çıxarır. İndi daha texnikalı oyunçuları var. Klubun fəlsəfəsi həmişə yerində qalır. Bu da yaxşı nəticələrə gətirib çıxarır.

    - "Qarabağ" "Kopenahgen"ə qalib gəlməyin yolunu tapıb?

    - Bütün rəqiblərə qarşı qalib gəlməyin düsturu olur. İstənilən rəqibə qalib gəlmək üçün hazırlaşırıq. Rəqibdən də çox şey asılıdır. Amma bacardığımız qədər hazırlaşmışıq. Çalışacağıq ki, qalibiyyət üçün artığını da edək. Ancaq qarşımızda "Kopenhagen" var. Onların da göstərəcəyi oyuna hazır olmalıyıq.

    - “Kopenhagen”lə oyunu xatırlayırsınız? Rəqib sizin üçün hansısa problemləri yarada bilər?

    - Həmişə çox istəmişəm ki, Bakıdakı matçlarda qonaqlar çox olsun, xüsusilə də jurnalistlər. Bakımızla yaxından tanış olsunlar. Kopenhagen şəhərini çox bəyənmişdim. Xatirimdə qalan ən yaxşı şəhərlərdən biridir. Rəqibə gəldikdə, üstün cəhətləri çoxdur. Çünki sistemli oyun oynayırlar. Bu, bir tərəfdən asandır. Rəqibinizin nə etmək istədiyini biləndə, qarşısını almaq asandır. Amma tapşırıqları futbolçuların yaxşı yerinə yetirməsi problem ola bilər. Təhlillər edib komandaya demişik. Sabah oyunun gedişatında meydanda taktiki savaş gedə bilər. Hər bir halda, böyük istəklə, böyük diqqətlə oynayacağıq. "Kopenhagen" elə rəqibdir ki, nəticədən asılı olmadan, oyundan həzz ala bilərəm. Ola bilər ki, 90 dəqiqə sırf meydannın içində olum. Rəqibin bəzi dəyişiklikləri, sürətli hücumları, mövqe hücumları bizə problemlər yarada bilər. Hamımız 90 dəqiqə oyunun içində olmalıyıq ki, rəqib bizim üçün problem yaratmasın.

    Futbol

    "Qarabağ"ın sabiq hücumçusu Meksika klubunda qol hesabını açdı - VİDEO

    20.01.2026 10:09:19
    Futbol

    FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi dəyişmədi

    19.01.2026 22:53:27
    Futbol

    "Bakıya qalib gəlmək üçün gedirik" - "Ayntraxt"ın idman direktoru

    19.01.2026 22:20:27
    Futbol

    "Ayntraxt"da zədəli oyunçular var, "Qarabağ" bundan istifadə etməlidir" - VİDEO

    19.01.2026 21:54:42
    Futbol

    "Zirə"ni "Şamaxı"ya dəyişdi

    19.01.2026 21:23:02
    Futbol

    "Qarabağ"ın rəqibi baş məşqçisi ilə bağlı qərar verdi

    19.01.2026 18:45:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ"ın sabiq hücumçusu Meksika klubunda qol hesabını açdı - VİDEO

    20.01.2026 10:09:19

    FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi dəyişmədi

    19.01.2026 22:53:27

    "Bakıya qalib gəlmək üçün gedirik" - "Ayntraxt"ın idman direktoru

    19.01.2026 22:20:27

    "Ayntraxt"da zədəli oyunçular var, "Qarabağ" bundan istifadə etməlidir" - VİDEO

    19.01.2026 21:54:42

    "Zirə"ni "Şamaxı"ya dəyişdi

    19.01.2026 21:23:02

    "Qarabağ"ın rəqibi baş məşqçisi ilə bağlı qərar verdi

    19.01.2026 18:45:24

    "Kluba yeni direktorun təyin olunmasından sonra vəziyyət müsbət istiqamətdə dəyişdi" - Azər Həşimov

    19.01.2026 18:44:50

    "Qarabağ"ın oyununa görə iş saatı uzadıldı

    19.01.2026 18:06:22

    Güləş yığmalarımız ilin ilk toplanışına başladı

    19.01.2026 17:49:37

    İlk dəfə bu idman növü üzrə Azərbaycan Kuboku keçiriləcək

    19.01.2026 17:16:20

    Premyer Liqa klubu sabiq baş məşqçisinə mövsümün sonunadək təzminat ödəyəcək

    19.01.2026 16:46:53

    "İnkişaf üçün bu gün dünəndən daha yaxşı olmalıyıq" - Federasiya prezidenti

    19.01.2026 16:11:24

    Azərbaycandan ayrıldı, 7 ay klubsuz qaldı

    19.01.2026 15:45:52

    Çempionlar Liqası: "Qarabağ"ın oyununa satılmış bilet sayı açıqlandı

    19.01.2026 15:14:46

    Azərbaycan çempionatında əcnəbi hakimlər

    19.01.2026 14:52:07
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved