Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, onun çıxış etdiyi “Motor” Ekstraklasanın X turunda “Radomyak”ı qəbul edib.
Qarşılaşma 2:2 hesabıyla başa çatıb. Yığmamızın hücumçusu 79-cu dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, Renat Dadaşovun komandası 10 turdan sonra 11 xalla 10-cu pillədə qərarlaşıb.