Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Frank De Blekere "Sabah"ın ittihamlarına cavab verdi
    30.09.2025 10:53:27

    AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının VI turunun oyunlarında qeydə alınan mübahisəli epizodları şərh edib.

    Prosport.Az xəbər verir ki, o, ilk olaraq "İmişli" - "Zirə" matçında yaşananlara toxunub.

    De Blekere bildirib ki, matçın 36-cı dəqiqəsində top oyunda olarkən, "Zirə"nin 4 nomrəli futbolçusu "İmişli"nin 9 nömrəli futbolçusunu arxadan ehtiyatsızlıqla itələyib və hakimlər briqadası bu epizodu görməyib: "VAR vəziyyəti yoxladı, lakin bu hərəkəti qırmızı vərəqə epizodu hesab etmədiyi üçün müdaxilə etmədi (TV görüntülərində təmas nöqtəsi aydın görünmür).

    Gözləntimiz "Zirə"nin futbolçusuna ehtiyatsız hərəkətə görə sarı vərəqə verilməsi, "İmişli"nin lehinə cərimə zərbəsi təyin olunması idi. Təmas baş və ya üz nahiyəsində aydın görünərsə, onda zorakı davranışa görə qırmızı vərəqə gözlənilir".

    O, ardınca "Sabah" - "Sumqayıt" matçının 16-cı dəqiqəsində yaşananlara münasibət bildirib: "Top "Sabah"ın 11 nömrəli futbolçusuna ötürüldü və o, topu qəbul etdikdən sonra "Sumqayıt"ın 80 nömrəli futbolçusuna qarşı ehtiyatsız şəkildə qaydanı pozdu. Hakim qayda pozuntusunu gördü, lakin üstünlük tətbiq etdi. Top oyundan çıxdıqdan sonra hakim "Sabah"ın 11 nömrəli futbolçusuna sarı vərəqə göstərdi.

    Bu, düzgün qərardır, çünki "Sabah"ın futbolçusu topu almağa çalışarkən ayağının üst hissəsi ilə (tam təmas yoxdur) rəqibə toxundu. Ehtiyatsız oyuna görə sarı vərəqə doğrudur. Təmas ayaqdan yuxarı və ya güclü kontakt olsaydı, o zaman ciddi qayda pozuntusuna görə qırmızı vərəqə gözlənilərdi".

    Hakimlər Komitəsinin sədri eyni qarşılaşmadakı digər epizodlarla bağlı bunları deyib: "45+2-ci dəqiqə hücum zamanı "Sabah"ın 21 nömrəli futbolçusu cərimə meydançasında topu yaxın məsafədən "Sumqayıt"ın müdafiəçisinin qoluna vurdu. "Sumqayıt"ın futbolçusunun qolu bədəninə yaxın və təbii vəziyyətdə idi. Həmçinin o, qolunu topa tərəf yönəltmədi. Hakim oyunu davam etdirdi və VAR da hakimin qərarını dəstəklədi. Bu, hakimin düzgün qərarı idi. 78-ci dəqiqə hücum zamanı "Sabah"ın hücumçusu qol vurur. VAR epizodu yoxlayır və hücumun başlanğıcında "Sabah"ın 5 nömrəli oyunçusunun topa oynadıqdan sonra ehtiyatsız şəkildə "Sumqayıt"ın 21 nömrəli oyunçusunun ayağına zərbə endirdiyini görür. VAR baş hakimi epizoda baxmağa dəvət edir. Videogörüntülərə baxdıqdan sonra hakim hər iki kapitana vəziyyəti izah edir, qolu ləğv edir, "Sumqayıt"ın lehinə cərimə zərbəsi təyin edir və ehtiyatsız oyuna görə "Sabah"ın 5 nömrəli oyunçusuna sarı vərəqə göstərir. Bu, hakimin düzgün qərarı və VAR-ın düzgün müdaxiləsidir".

    Federasiya rəsmisi "Sabah" - "Sumqayıt" matçının sonlarında ləğv olunan qolla bağlı da danışıb: "90+2-ci dəqiqə "Sabah"ın hücumu zamanı 20 nömrəli futbolçu cərimə meydançasında topu qəbul edir və qol vurur. VAR epizodu yoxlayır və görür ki, "Sabah"ın hücumçusu qol vurmazdan əvvəl topa əli ilə toxunub. Qaydalar bunu deyir: oyunçu qol vurmazdan əvvəl əllə oynayırsa, qol ləğv olunmalıdır. Bu, hər zaman belədir – istər qəsdən, istərsə də təsadüfi olsun. VAR baş hakimi məlumatlandırır və o, qolu ləğv edir. Bu, hakimin düzgün qərarı və VAR-ın düzgün müdaxiləsidir".

    Futbol

    Azərbaycanlı futbolçu klubunu FIFA-ya şikayət etdi

    24.07.2026 23:44:50
    Futbol

    I Liqa klubunda afrikalı yarımmüdafiəçi

    24.07.2026 22:44:56
    Futbol

    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov

    24.07.2026 22:16:50
    Futbol

    "Araz-Naxçıvan" – "İmişli" matçında qalib müəyyənləşmədi

    24.07.2026 21:33:17
    Futbol

    "Araz-Naxçıvan" Ceyhun Nuriyevi transfer etdi

    24.07.2026 19:42:52
    Futbol

    "Qələmlə meydana" jurnalist müsabiqəsinin qaliblər mükafatlandırıldı

    24.07.2026 18:23:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı futbolçu klubunu FIFA-ya şikayət etdi

    24.07.2026 23:44:50

    Azərbaycanı Misirdə onlar təmsil edəcək - ADLAR

    24.07.2026 23:17:40

    I Liqa klubunda afrikalı yarımmüdafiəçi

    24.07.2026 22:44:56

    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov

    24.07.2026 22:16:50

    Bakıda keçiriləcək beynəlxalq cüdo turnirinin püşkü atıldı

    24.07.2026 21:55:48

    "Araz-Naxçıvan" – "İmişli" matçında qalib müəyyənləşmədi

    24.07.2026 21:33:17

    U17 dünya çempionatının medalları təqdim olundu

    24.07.2026 20:03:47

    Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı

    24.07.2026 19:47:11

    "Araz-Naxçıvan" Ceyhun Nuriyevi transfer etdi

    24.07.2026 19:42:52

    Millimizin üzvü Tovuz klubunda

    24.07.2026 18:40:04

    "Qələmlə meydana" jurnalist müsabiqəsinin qaliblər mükafatlandırıldı

    24.07.2026 18:23:12

    "Araz-Naxçıvan" ev oyunlarını bu arenada keçirəcək

    24.07.2026 18:15:30

    Premyer Liqa klubunu I Liqa təmsilçisinə dəyişdi

    24.07.2026 17:51:11

    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq" - Elxan Səmədov

    24.07.2026 17:15:09

    "Real Madrid" bu oyunçunu komandada saxladı

    24.07.2026 16:56:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved