Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Komandaya yeni nəfəs lazımdır" - "Kəpəz"in məşqçisi
    28.09.2025 19:00:17

    "Rəqibi analiz etmişdik. Zəif və güclü tərəflərini bilirdik. Həftəiçi məşqlərdə də onun üzərində işlədik. Sadəcə fərdi səhvlərdən qapımızda qollar gördük. Sonda da uduzduq. İstədik ki, dönüş edək, komandanın içində olan məğlubiyyət ruhunu qələbəyə dəyişək. Təəssüflər olsun ki, alınmadı. Buna vaxt lazımdır. Qismət olsa, gələcək oyunlarda bunu aradan qaldırarıq".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Kəpəz"in müvəqqəti baş məşqçisi Xaliq Mərdanov Misli Premyer Liqasının VI turunun "Turan Tovuz"la (3:0) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

    O, jurnalistlərin suallarını da cavablandırıb.

    - Komandanın Premyer Liqada qalmaq potensialı var? Sizə təklif olarsa, komandanı liqada saxlaya bilərsiniz? Hər dəfə sizi təcili yardım kimi çağırırlar, bir oyunluq gəlirsiniz...

    - Əslində, komandanın potensialı var. Fərdi olaraq, keyfiyyətli oyunçularımız çoxdur. Sadəcə bunu komanda şəklinə çevirmək lazımdır. Zamana ehtiyac var. Yeni nəfəs lazımdır. Məşqçilərdən söhbət gedir. Özümdən danışmıram. Kimsə gələcək, komandada intizam yaradacaq. Gələcək oyunlarda komanda şəklində özlərini göstərə bilərlər.

    - Əsas komandada olan qalibiyyətsizlik seriyası əvəzedici heyətdə də var. "Kəpəz"in əvəzedici heyətinin də cəmi bir xalı var. Bunun səbəbi nədir?

    - Komandanın 95 faizi yenidir. Futbolçuların hamısı yeni gəlib, gəncdirlər. U-16, U-17, U-19 komandasından götürdüyümüz uşaqlarla əvəzedici heyət formalaşdırmışıq. Digər klublara baxsaq, əsas komandadan əvəzedici heyətə 5-6 oyunçu göndərirlər. Biz sırf akademiyamızın öz oyunçularının potensiallarını üzə çıxararaq, əsas komanda üçün yetişdirmək istəyirik. Heyətimiz gənclərdən ibarətdir. Biz bu dəqiqə nəticə haqda fikirləşmirik. İstəyirik ki, yeni, gənc futbolçular üzə çıxaraq. Gəncə futbolunun keçmişdə olan əzəmətini qaytarmaq istəyirik.

    - "Kəpəz"də artıq ənənə halını alıb ki, komanda mövsümün əvvəli pis durumda olur, sonda liqada qalır. Bu dəfə nədən başladınız?

    - Bu dəqiqə uşaqlarda məğlubiyyət ruhu var. Özlərinə inam itib. İnamı geri qaytarmaq istəyirdik. Bunu etmişdik. Məşqlərdə də bunu bacarmışdıq. Fərdi səhvlər nəticəsində qapımızda qollar gördük. Etdiyimiz analizi yerinə yetirə bilmədilər. Komandada əhval-ruhiyyə normal idi. Futbolda belə hallar olur. Allah qoysa, kimsə gələr və gələcəkdə bunları aradan qaldırar.

    - Komandanı neçə oyuna çıxaracaqsınız?

    - Hələlik mənə 1-2 oyun deyiblər. Bəlkə "Qarabağ"la matça kimsə gələr, yeni nəfəs gətirər. Onu deyə bilmərəm. Hər şey rəhbərlikdən asılıdır. Hazırda mənə tapşırıblar.

    - Sizin namizədliyiniz irəli sürülüb?

    - Düzü, heç bu haqda fikirləşmirəm. Heç namizədliyimi də irəli sürmürəm. Fikrim ancaq gənc futbolçuları yetişdirib, əsas komandaya verməkdir. Məqsədim budur.

    Futbol

    Azərbaycanlı futbolçu klubunu FIFA-ya şikayət etdi

    24.07.2026 23:44:50
    Futbol

    I Liqa klubunda afrikalı yarımmüdafiəçi

    24.07.2026 22:44:56
    Futbol

    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov

    24.07.2026 22:16:50
    Futbol

    "Araz-Naxçıvan" – "İmişli" matçında qalib müəyyənləşmədi

    24.07.2026 21:33:17
    Futbol

    "Araz-Naxçıvan" Ceyhun Nuriyevi transfer etdi

    24.07.2026 19:42:52
    Futbol

    "Qələmlə meydana" jurnalist müsabiqəsinin qaliblər mükafatlandırıldı

    24.07.2026 18:23:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı futbolçu klubunu FIFA-ya şikayət etdi

    24.07.2026 23:44:50

    Azərbaycanı Misirdə onlar təmsil edəcək - ADLAR

    24.07.2026 23:17:40

    I Liqa klubunda afrikalı yarımmüdafiəçi

    24.07.2026 22:44:56

    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov

    24.07.2026 22:16:50

    Bakıda keçiriləcək beynəlxalq cüdo turnirinin püşkü atıldı

    24.07.2026 21:55:48

    "Araz-Naxçıvan" – "İmişli" matçında qalib müəyyənləşmədi

    24.07.2026 21:33:17

    U17 dünya çempionatının medalları təqdim olundu

    24.07.2026 20:03:47

    Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı

    24.07.2026 19:47:11

    "Araz-Naxçıvan" Ceyhun Nuriyevi transfer etdi

    24.07.2026 19:42:52

    Millimizin üzvü Tovuz klubunda

    24.07.2026 18:40:04

    "Qələmlə meydana" jurnalist müsabiqəsinin qaliblər mükafatlandırıldı

    24.07.2026 18:23:12

    "Araz-Naxçıvan" ev oyunlarını bu arenada keçirəcək

    24.07.2026 18:15:30

    Premyer Liqa klubunu I Liqa təmsilçisinə dəyişdi

    24.07.2026 17:51:11

    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq" - Elxan Səmədov

    24.07.2026 17:15:09

    "Real Madrid" bu oyunçunu komandada saxladı

    24.07.2026 16:56:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved