Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Referi nəinki oyunu, məni də susdurdu" - Samir Abasov
    27.09.2025 22:51:55

    Misli Premyer Liqasının VI turunun “Neftçi” – “Karvan-Yevlax” matçından (0:0) sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.

    Prosport.Az xəbər verir ki, mütəxəssis birbaşa jurnalistlərin suallarını cavablandırıb:

    – Belə bir inanc var ki, qələbədən sonra yaxşılığa doğru inam olur. “Neftçi” isə keçən həftəki qələbəsinə baxmayaraq, yenə xal itirdi. Sizcə, bu dəfə qələbəyə nə mane oldu ?
    – Bu vaxta kimi bir epizod vermədən, qol vura bilməyib itirdiyimiz xallar həqiqətən üzücüdür. Bu gün daha çox üzücüdür. Son oyunlara baxsaq, bu qədər templi, dinamik oyun görməmişdim. Futbolçulardan çox razıyam. Xal itirsək də, belədir. Üzücüdür, biz daha çox üzülürük. Müdafiəyə oturmuş rəqibə qarşı oynadıq. Dərsliklərdə bu vəziyyətlərdə nə etmək tələb olunurdusa, hər şeyi etdik. Uzaqdan zərbələr, cinahlardan hücum… Arxaya oturmuş komandaya qarşı etməli olacağımız hər şeyi etdik. Bəxtsizlik… O qədər üzülürüksə, bunun izahını və cavabını tapa bilmirik. Bundan sonra da belə oynamalıyıq. Qollar gələcək. Son oyundan sonra ümidliydik ki, tilsim qırılır. O qədər epizodlara girdik. Digər oyunlara baxırıq, kornerdən ötürmə verilir, qol olur. Söz tapa bilmirəm.

    – İmad Farac sanki çox mübarizəyə girmir. Aqressivliyi çatmır…

    – Zədəsi var idi. Amma səbəb bu deyil. Faracı tanıyırıq, məşqlərdə xarakterli, aqressiv idi. Qayda pozmamaq qorxusu var idi. Çünki hər foul bizə tərəf olan cərimə zərbəsi ilə yekunlaşırdı. Oyunçularımız da bunu başa düşürdü. Bəlkə ona görə kontakta girmirdilər. Düşünmürəm ki, zədə problemi var.

    – Bitirici “9 nömrə”niz yoxdur. Bunu hiss edirsiniz?

    – Komanda ətrafında hücumçu məsələsi çox danışılır. Bütün vingerlərimiz, digər oyunçularımızın girdiyi epizodlar forvardın olmaması məsələsini kölgəyə salardı. Müdafiəçilərimiz də epizoda girdi. Təbii ki, bu problemin fərqindəyik. Buna baxmayaraq, Sambuya və Ağadadaş Salyanskiyə ümidimiz böyükdür. Komanda şəklində qollar vursaq, bu söhbətlər bitər.

    – “Neftçi”yə qarşı kobud hakim səhvləri var idi. Klubun hər etirazından sonra sanki daha da üzərinə gəlinir. Hakimlərdə sizə qarşı antipatiya var…

    – Bu oyunun içindəyəm. Çox üzülmüşəm. Nə cavab verəcəyimi bilmirəm. Hakimliklə bağlı 3-4 turdur danışıram

    – Vensan Abubakarın transferi nə dərəcədə realdır?

    – Hansı səviyyədə oyunçu olduğunu bilirsiniz. Danışıqlar getmir deyə, bir şey yoxdur. 1-2 forvard var, onlarla da danışıqlar gedir. Ümid edirik ki, söhbətlərin sonluğu yaxşı bitər. Nə deyim? Var. Söhbətlər gedir. İnsan gəlib burada müqavilə imzalamayınca, şəkili çıxmayınca, nəsə demək tezdir.

    – Bu gün çox sakit görünürdünüz. Özünüzü nəticəyə hazırlamışdınız?

    – Komandanın özü səbəb yaratmırdı ki, nəsə emosiya göstərim. Oyun öz ritmi ilə gedirdi. Futbolçular yaxşı futbol oynayırdı. Çılğınlığımı nə dəyişə bilərdi? Sakitçiliyin səbəbi bu idi. Referi nəinki oyunu, məni də susdurdu. Oyunu bu qədər saxladı.

    – Metyu İfeanyi transferi açıqlandı. Amma 7 aydır ki, oynamır. Nə vaxt hazır olar?

    – Bilirdik. “Sürix” son klubu olub. Biz toplanışa getmişik, o olmayıb. Fərdi məşqlər edib. Komanda şəklində məşqlərdən uzaq olduğu üçün ritmdən çıxır. Dəqiq gün deyə bilmərəm. Kimsə 5 günə, kimsə 10 gün formaya düşə bilər. İnanırıq ki, milli fasilə onu hazır duruma gətirməyə imkan verəcək.

    – Yayda transfer edilən fubtolçular arasında narazı qaldığınız oyunçular var? Məsələn, Varqas, Kurçi…

    – Varqası çoxları tərifləyir. Ondan nə istəyiriksə, onu edir. Biz bu gün Varqasdan danışırıqsa, deməli, ona və digər oyunçulara da vaxt lazımdır. Əsla və əsla heç bir futbolçudan narazılığımız yoxdur. Onları anlayırıq. Daha yaxşı işlər görmək potensialları var.

    Futbol

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24
    Futbol

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55
    Futbol

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02
    Futbol

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03
    Futbol

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08
    Futbol

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08

    Mingəçevir Reqatası yenidən Füzulidə start götürəcək

    23.09.2026 10:39:21

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Hövsandakı Yarış Kompleksindən EKSKLÜZİV GÖRÜNTÜ – VİDEO

    23.09.2026 09:29:11

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Mövlud Mirəliyev 4-cü dəfə dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved