Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Futbol
    "Futbol xarakter oyunudur, onun aqressiyasına normal yanaşıram" - Azər Həşimov
    27.09.2025 21:38:33

    Misli Premyer Liqasının VI turunun “Neftçi” – “Karvan-Yevlax” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Azər Həşimov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

    “Bu gün 44 günlük müharibənin başlamasından 5 il keçir. Bu gün münasibətilə şəhidlərimizə rəhmət, onların ailə üzvləri və yaxınlarına səbir diləyirəm. Oyuna gəldikdə isə “Neftçi”nin gücü hamıya bəllidir. Buna görə də oyuna ciddi hazırlaşmışdıq, rəqibin əvvəlki turda “Sumqayıt”la keçirdiyi oyunu ciddi təhlil etmişdik. Çalışdıq ki, mümkün qədər “Neftçi”nin fərdi keyfiyyətlərə sahib olan oyunçularına rahat hərəkət imkanı verməyək, onlara mane olaq. Planlaşdırmışdıq ki, oyunumuzu müdafiədən, əks-hücuma doğru oynayaq. İstəyirdik ki, bu oyundan ən azı bir xal qazanaq. Və bir iki epizod da oldu ki, əks-hücumda rəqibə qol vura bilərdik, amma alınmadı. Futbolçularımız əzmkar mübarizə apardı. Bu mübarizəyə görə də onları təbrik edirəm və “Neftçi”yə gələcək oyunlarda uğurlar arzulayıram”.

    – Bir həftə əvvəl “İmişli”dən 3 cavabsız qol buraxan “Karvan-Yevlax” bu gün “Neftçi” səfərindən 1 xalla ayrıldı. Deyə bilərikmi ki, “İmişli” sizin üçün “Neftçi”dən daha çətin rəqibdir?

    – Elə deməzdim. Sadəcə üç oyun dalbadal 1-ci hissədə, stardart vəziyyətdən qol buraxdıq. Bu oyuna hazırlıq mərhələsində isə çalışdıq ki, eyni səhvlərə yol verməyək. Onu deməliyəm ki, çempionatda iştirak edən hər komanda ilə oyunda mübarizə aparmalısan. Yəni, bu futboldur, hər şey ola bilər. Buna qədərki dövrdə zədəlilərimiz də çox idi və məncə, bu gün xal qazanmağımızın səbəblərindən biri də o oldu ki, biz onların yerini doldurmağı bacardıq. “İmişli” məğlubiyyətindən sonra oyunçularımla danışıb onlara izah etdim ki, başqa komandalar bizə 3 xal kimi baxmasınlar deyə silkələnmək lazımdır. Və şükürlər olsun ki, bu gün də 1 xal qazandıq.

    – "İmişli” ilə oyuna çıxdığınız heyətlə bu oyundakı heyət arasında ciddi fərq var. Heyətə baxanda görünür ki, müdafiə yönümlü oyunçulara daha çox yer vermisiniz. Yəni, bu oyuna məqsədli şəkildə 1 xal almaq, qol buraxmamaq üçün çıxmışdınız, ya necə?

    – “İmişli” ilə oyuna 4-lü müdafiə ilə çıxmışdıq ki, hücumda daha çox vaxt keçirək, çoxlu qollar vuraq. Sadəcə gördük ki, belə alınmır, ona görə də bu oyunda 5-li müdafiəyə keçdik. Məqsəd güclü müdafiə qurub rəqibi əks-hücumda yaxalamaq idi. Biz müdafiədən oynamağa çalışırdıq ki, bu da gördüyünüz kimi alındı.

    – Elvin Yunuszadənin oynamamağının səbəbi nə idi ? Onu cəzalandırmışdınız?

    – Yox, sadəcə əzələsində bir balaca mikrozədə var idi. Ona görə Elvini heyətə yazmadıq ki, o zədə bərpa olunsun, gələn oyunlarda sağlam şəkildə bizimlə olsun.
    Ümumiyyətlə, komandamızda əvəzolunmaz futbolçu yoxdur. Ona görə də Elvinin yerinə İmani Bakirini oyuna buraxdıq və o da əlindən gəldiyi qədər komandaya kömək olmağa çalışdı.

    – Uzun müddətdən sonra heyətə qayıdan oyunçulardan biri də Səid İranxan idi. Düzü, Səid oyunboyu olduqca aqressiv görünürdü. Necə düşünürsünüz, onun aqressiyası komandaya mənfi təsir edə bilərdimi?

    – Məncə, müdafiə yönümlü oyunçular aqressiv, emosional olmalıdır. Futbol xarakter oyunudur. Yəni, mən gözləmirdim ki, o qırmızı və ya sarı vərəqə alar. Bu,futbolda olan şeydir. Xülasə, Səidin bu aqressiyasına normal yanaşıram.

    – Birinci hissədə “Neftçi”nin təzyiqi yüksək idi. Amma ikinci yarıda bunu görmədik. Fasilədə oyunçularla nə danışdınız?

    – İkinci hissədə də təzyiq gözləyirdik. Sadəcə oyunçularımıza təmkinli olmağı, top saxlamağı və əks-hücum qurmağı tapşırmışdıq. Bu da bizdə normal alındı.

    – Bəs, Kamran İbrahimovun performansını necə dəyərləndirirsiniz?

    – Kamran son 3 oyunda 8 top buraxmışdı. Əsas qapıçımız zədəlidir. Ona dedim ki, dəyərlisən, biz sizə inanırıq, ən yaxşı oyununu oynayacaqsan. Kamran 9 il “Neftçi”də olub. Bu gün onun üçün motivasiya idi. Bütün futbolçular 95 dəqiqə sona qədər mübarizə apardılar, inandılar ki, xal qazana bilərik.

    Futbol

    Azərbaycanlı futbolçu oynadı, komandası qələbə qazandı

    20.01.2026 10:40:19
    Futbol

    "Qarabağ"ın sabiq hücumçusu Meksika klubunda qol hesabını açdı - VİDEO

    20.01.2026 10:09:19
    Futbol

    FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi dəyişmədi

    19.01.2026 22:53:27
    Futbol

    "Bakıya qalib gəlmək üçün gedirik" - "Ayntraxt"ın idman direktoru

    19.01.2026 22:20:27
    Futbol

    "Ayntraxt"da zədəli oyunçular var, "Qarabağ" bundan istifadə etməlidir" - VİDEO

    19.01.2026 21:54:42
    Futbol

    "Zirə"ni "Şamaxı"ya dəyişdi

    19.01.2026 21:23:02
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı futbolçu oynadı, komandası qələbə qazandı

    20.01.2026 10:40:19

    "Qarabağ"ın sabiq hücumçusu Meksika klubunda qol hesabını açdı - VİDEO

    20.01.2026 10:09:19

    FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi dəyişmədi

    19.01.2026 22:53:27

    "Bakıya qalib gəlmək üçün gedirik" - "Ayntraxt"ın idman direktoru

    19.01.2026 22:20:27

    "Ayntraxt"da zədəli oyunçular var, "Qarabağ" bundan istifadə etməlidir" - VİDEO

    19.01.2026 21:54:42

    "Zirə"ni "Şamaxı"ya dəyişdi

    19.01.2026 21:23:02

    "Qarabağ"ın rəqibi baş məşqçisi ilə bağlı qərar verdi

    19.01.2026 18:45:24

    "Kluba yeni direktorun təyin olunmasından sonra vəziyyət müsbət istiqamətdə dəyişdi" - Azər Həşimov

    19.01.2026 18:44:50

    "Qarabağ"ın oyununa görə iş saatı uzadıldı

    19.01.2026 18:06:22

    Güləş yığmalarımız ilin ilk toplanışına başladı

    19.01.2026 17:49:37

    İlk dəfə bu idman növü üzrə Azərbaycan Kuboku keçiriləcək

    19.01.2026 17:16:20

    Premyer Liqa klubu sabiq baş məşqçisinə mövsümün sonunadək təzminat ödəyəcək

    19.01.2026 16:46:53

    "İnkişaf üçün bu gün dünəndən daha yaxşı olmalıyıq" - Federasiya prezidenti

    19.01.2026 16:11:24

    Azərbaycandan ayrıldı, 7 ay klubsuz qaldı

    19.01.2026 15:45:52

    Çempionlar Liqası: "Qarabağ"ın oyununa satılmış bilet sayı açıqlandı

    19.01.2026 15:14:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved