Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu gün "Kopenhagen"lə matçı düşünmürdük" - Qurban Qurbanov
    26.09.2025 22:20:27

    "Qarabağ" Misli Premyer Liqasının VI turunda "Azersun Arena"da "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Futbolçularımı təbrik edirəm. Kaxaber Sxadadzeyə ancaq təşəkkür düşür. İntizamlı oyun, bərk müdafiə, təhlükəli əks-hücumlar... 90 dəqiqə 10 nəfərlə oynamalarına baxmayaraq komanda əzmkarlıq göstərdi. Belə komanda, belə iş görəndə qarşıdakı oyunlarda daha da ciddi oluruq. Kaxaber Sxadadzeyə və komandasına uğurlar arzulayıram. Özümüzə gəldikdə, vacib qələbə idi. Bəlkə də oyun düşündüyümüzdən fərqli alındı. Qarşımızda yaxşı müdafiə olunan komanda var idi. Qolu düşünülmüş hücumdan sonra vurduq. Bəzi elementlər var idi ki, onları meydanda gördüm. Hər bir halda bu, az idi. Daha çox etmək lazım idi. Bəlkə də rəqib ilk dəqiqələrdən azlıqda qaldı deyə arxayınlıq oldu. Azarkeşlərimizə təşəkkür edirəm.

    - Düşündünüz ki, hakim rəqibə qırmızı vərəqə verməsə, daha yaxşı olardı?

    - Belə bir fikir ağlıma gəldi. 11-11-ə oynasaydıq, bilmək olmazdı, nəticə necə olacaq. Rəqibi də düşünmək lazımdır. Bir həftə bizlə oyuna hazırlaşırlar. Birdən-birə düşünülməmiş qırmızı vərəqə məşqçinin də oyun planını pozur. Bəlkə bizim də planımızı pozdu. Epizoda baxanda dedim ki, yəqin verəcək. Belə hallar hər iki komandaya gələcəkdə fayda verir.

    - Sanki futbolçularınız "Kopenhagen"lə matçdan öncə zədələnməmək üçün bir az ehtiyatlı oynayırdı. Siz necə düşünürsünüz?

    - Nə məndə, nə futbolçularda belə fikir var idi. Biz hər oyunda meydana maksimum nəticə üçün çıxırıq. Qarşıdakı matçı düşünsək, oyunumuz alınmaz.

    - "Kopenhagen"lə oyun ərəfəsində komandanın hazırlıq durumunu necə gördünüz?

    - Bizim üçün çempionatda hər oyun vacibdir. "Kopenhagen"lə matçı düşünmürdük. Sadəcə ola bilər ki, heyət həmin oyuna görə formalaşıb. Çempionlar Liqası matçında 1-2 dəyişiklik ola bilər. Bunlar tam fərqli oyunlardır. Çünki rəqiblər fərqlidir. Burada başqa cür hücumlar edirik, orada başqa fikirlər olacaq. "Qəbələ" 5, "Kopenhagen" isə 4 müdafiəçi ilə oynayır. Bəzən onlar da "beşli" müdafiə sisteminə keçirlər. Dünən bu sistemlə oynadılar. Bakıda fərqli sistem ola bilər. Futbolçuların idman formasında bir az balans yox idi. "Araz-Naxçıvan"la matçda rotasiyalar etmişdik. "Kopenhagen"lə oyunda futbolçuların hazırlıq səviyyəsi yaxşı olmalıdır. 

    - "Qəbələ"nin gənc futbolçusu Şahin Şahniyarov haqda fikirləriniz necədir? Onu nəzarətdə saxlayırsınız? Gələcəkdə Şahini "Qarabağ"a cəlb etmək barədə düşünürsünüz?

    - Belə futbolçuların əsas heyətdə oynamasına sevinirəm. Çox məsuliyyətli mövqedə oynayır. Kaxaber Sxadadze kimi məşqçi güvənirsə, bu, onun potensialından xəbər verir. Belə oyunçuların hər biri bizim diqqətimizdədir, onları daim izləyirik. Sol və sağ cinah müdafiəçiləri də bərk idilər. Çox bəyəndim. Qarşılarında Leandro Andrade, Abdullah Zubir, Aleksey Kaşşuk, Emanuel Addai kimi oyunçular var idi. Onlara asanlıqla məğlub olmadılar.

    -  Nəriman Axundzadənin "Kopenhagen"lə matçda, heç olmasa, 15 dəqiqə oynamaq ehtimalı var?

    - Bəli, var.

    - Yeni gələn Ramil Şeydayev "Qarabağ"dan gedən Ramil Şeydayevin neçə faizidir?

    - Faiz nisbətini demək düzgün olmaz. Amma hələ hazır deyil. Bizdəki əvvəlki performansı ilə indiki arasında fərq var. Təcrübəli oyunçudur. Fiziki hazırlığı onun ən üstün cəhətlərindən biridir. Xeyli müddətdir oyunlarda iştirak etmir. Ramilə oyun təcrübəsi lazım olacaq. Qarşıdakı matçlarda bizə faydası dəyəcək. Çünki rotasiyalar edəcəyik. Oynadıqca, keçmiş formasına qayıda biləcək. 

    - Bir az əvvəl transfer olsaydı, Çempionlar Liqasının iştirak ərizəsində adı ola bilərdi?

    - Bəli, ola bilərdi.

    Futbol

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24
    Futbol

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55
    Futbol

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02
    Futbol

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03
    Futbol

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08
    Futbol

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08

    Mingəçevir Reqatası yenidən Füzulidə start götürəcək

    23.09.2026 10:39:21

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Hövsandakı Yarış Kompleksindən EKSKLÜZİV GÖRÜNTÜ – VİDEO

    23.09.2026 09:29:11

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Mövlud Mirəliyev 4-cü dəfə dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved