“Sabah” klubunun futbolçusu Zinəddin Uld Xaled əməliyyat olunub.
Prosport.Az xəbər verir ki, fransalı yarımmüdafiəçi ayağın 5-ci daraq sümüyünün Jones tip 2 qırığı əməliyyatı keçirib.
Bakıdakı klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb. Həkimlərin ilkin rəyinə görə, Zinəddin Uld Xaled təxminən 6 həftə sonra məşqlərə qayıda biləcək.

