AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın A kateqoriyalı məşqçi kursunun I mərhələsinə start verilib.
Prosport.Az xəbər verir ki, sentyabrın 27-dək davam edəcək məşğələlərə təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edir.
Kursun 2-ci mərhələsi oktyabrın 20-23-də, üçüncü modulu isə noyabrın 17-20-də keçiriləcək.
Kurslarda Rakif Əliyev ("Qəbələ"), Maksim Medvedev, Rauf Əliyev (hər ikisi "Qarabağ"), Rasim Ramaldanov, Rail Məlikov (hər ikisi “Araz-Naxçıvan”), Rəşad Eyyubov (Azərbaycan millisi), Emin Mustafayev (“Neftçi”), Vüqar Nadirov ("Şəmkir") və Şahin Abdullayev (“Sumqayıt”) iştirak edir.

