Kamerun millisinin hücumçusu Vensan Abubakar Azərbaycanda oynaya bilər.
Prosport.Az "Aktu Kamerun" nəşrinə istinadən xəbər verir ki, "Neftçi" 33 yaşlı futbolçuya rəsmi təklif göndərib.
Xəbərdə qeyd edilib ki, hazırda klubsuz olan Abubakar üçün "Neftçi" variantı yaxşı fürsət ola bilər. Bakı klubunun təcrübəli forvarddan cavab gözlədiyi bildirilib.
Qeyd edək ki, “Portu”, “Beşiktaş”, “Loryan” və “Əl-Nəsr” klublarında çıxış etmiş Vensan Abubakarın son ünvanı "Hatayspor" (Türkiyə) olub. O, ötən mövsüm Türkiyə Superliqasında 25 oyunda meydana çıxıb, 7 qol vurub və 2 qolun ötürməsini edib.
Xatırladaq kl, bir müddət əvvəl "Qarabağ"ın da tanınmış futbolçunu heyətinə cəlb etmək istədiyi ilə bağlı xəbərlər yayılmışdı.

