Fransa yığmasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və İslandiya ilə keçirəcəyi oyunlar üçün heyətinin açıqlanacağı tarix müəyyənləşib.
Prosport.Az xəbər verir ki, bunun üçün oktyabrın 2-də mətbuat konfransı təşkil olunacaq.
Fransa Futbol Federasiyasının ofisində baş tutacaq tədbir zamanı baş məşqçi Didye Deşam media nümayəndələri önünə çıxacaq və qarşıdakı matçların iştirak ərizəsini açıqlayacaq.
Qeyd edək ki, oktyabrın 10-da Parisdə millimizi qəbul edəcək Fransa yığması 3 gün sonra Reykyavikdə İslandiyanın qonağı olacaq.

