Ötən mövsümün sonunda “Zirə”dən ayrıldıqdan sonra bir müddət klubsuz qalan Yusuf Laval özünə yeni komanda tapıb.
Prosport.Az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi İraqda oynayacaq. O, “Əl-Karx” klubu ilə anlaşıb.
Qeyd edək ki, Yusuf Laval Azərbaycanda "Zirə"dən öncə "Neftçi"nin formasını geyinib.

