Azərbaycanın I Liqa klubu "Baku Sportinq" heyətini serbiyalı futbolçu Luka Stevanoviçlə gücləndirib.
Prosport.Az xəbər verir ki, ötən mövsüm də Bakı klubunun formasını geyinmiş yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 27 yaşlı oyunçunun son klubu Belarus təmsilçisi "Molodeçno" olub.

