Qadın futbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstan yığması ilə 2 yoldaşlıq görüşü keçirəcək.
Prosport.Az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, oyunlar oktyabrın 24-də və 27-də olacaq. Hər iki matç Çimkənddəki “Qajımukan Munaytpasov” stadionunda təşkil olunacaq.
İlk oyunun Bakı vaxtı ilə saat 18:00-da, ikinci görüşün isə 13:00-da başlaması planlaşdırılır.

