Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, onun çıxış etdiyi "Arda" öz meydanında "Çerno More" ilə qarşılaşıb.
Kırcalıda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cəlal start heyətində yer alıb və görüşü əvəz olunmadan keçirib.
Qeyd edək ki, "Arda" mövsümdə 2-ci dəfə uduzub və 9 oyundan sonra 9 xalla 11-ci pillədə qərarlaşıb.
Cəlal Hüseynov komandanın heyətində 7 oyun keçirib.