"Kəpəz" baş məşqçi Adil Şükürovla yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klubdan bildirilib ki, qarşıdakı günlərdə baş məşqçi məsələsi ilə bağlı ictimaiyyətə və mətbuata əlavə məlumat veriləcək.
Qeyd edək ki, Adil Şükürov bu mövsümün əvvəlində "Kəpəz"in baş məşqçisi təyin olunmuşdu. O, daha əvvəl 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi komandaya rəhbərlik edib.

