Misli Premyer Liqasının V turunun “Sumqayıt” – “Neftçi” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– “Neftçi”ni təbrik edirəm. Maraqlı oyun keçdi. Fürsətlərdən istifadə edə bilmədik. Yersiz qol buraxdıq. Ancaq bu futboldur, belə şeylər olur.
– Futbolçu kimi “Neftçi”yə qarşı 4 oyun keçirmişdiniz. Bu gün isə məşqçi kimi onlara rəqib oldunuz…
– Həmin oyunları xatırlayıram. Həmin matçlarda hisslər fərqli idi, futbolçuydum. “Neftçi” Azərbaycanın böyük klublarındandır.
– Son iki oyunda eniş hiss edilir. Bunu görürsünüz və səbəbi nədir?
– Belə düşünmürəm. Bəzi səhvlərimiz oldu. Qolları buna görə buraxdıq. Bu gün “Neftçi”dən daha yaxşı oynadıq.
– Ən çox təəssüfləndiyiniz an hansı oldu?
– Bir neçə epizod oldu. 3 yaxşı qol epizodumuz var idi, amma dəyərləndirə bilmədik. Əvəzində çoxlu səhvlər buraxdıq. Təəssüfedici məqam budur.