Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qurban Qurbanov Avropada ən yaxşı 5 məşqçidən biridir" – Kaxaber Sxadadze
    20.09.2025 20:33:47

    Misli Premyer Liqasının V turunun “Qəbələ” – “Kəpəz” oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

    Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Öncə “Qarabağ”ı “Benfika” üzərindəki tarixi qələbə münasibətilə təbrik edirəm. Bu, ölkə futbolu üçün əhəmiyyətli qalibiyyətdir. Öz komandamı da təbrik edirəm. Çox gərgin və əsəbi oyun oldu. Belə olacağını bilirdik. Dəyişikliklər qələbədə vacib rol oynadı. Bu, bizi sevindirir. Ovusu vacib qollar vurdu. Amma həm də məyus oluruq ki, start heyətində meydana buraxdığmız futbolçu etimadı doğrultmadı. Məşqlərdə etdiklərimizi meydanda göstərə bildik. Hətta oyunda daha yaxşı alındı. Ziya Şəkərxanov Premyer Liqada debüt etdi. Qol da vura bilərdi. O son vaxtlar çox inkişaf edib. Hədəfimiz Premyer Liqada qalmaqdır. Bunun üçün çalışırıq. Bütün rəqiblərə qarşı öz oyunumuzu oynamalıyıq.

    – İlk qələbənizi qazansanız da, çox yorğun görünürsünüz. Bu, psixoloji yorğunluqdur?
    – Hər iki tərəfdə gərginlik var idi. Çünki oyun iki komanda üçün də vacib idi. Biz yorulmadıq, əksinə rəqibi yorduq. Əvvəlki matçlarda da yaxşı oynamışdıq. Heç bir rəqibdən geri qalmırdıq. Yaxşı oynaya-oynaya qələbə qazanmırdıq deyə futbolçularda gərginlik var idi. Bu da psixoloji məsələdir.

    – İstədiyiniz sistemi “Qəbələ”də tətbiq etmək üçün sizə nə qədər vaxt lazımdır?
    – Meydanda bir oyun var. Sadəcə futbolçular gəncdir. Heyətin gücləndirilməsinə ehtiyac var. Bununla bağlı iş gedir, transferlər gözlənilir.

    – Ukraynalı qapıçı Artur Rudkonun “Qəbələ” ilə müqavilə imzalamaq üçün Azərbaycana gələn zaman ölkəsinin sərhədində saxlanıldığı ilə bağlı xəbərlər var. Həmin qapıçı ilə anlaşmışdınız?
    – Bizə bir neçə qapıçı təklif olunmuşdu. Həmin qolkiper də o siyahıda var idi. Amma razılıq əldə olunmamışdı.

    – Növbəti turda “Qarabağ”la oyununuz var. Rəqib Çempionlar Liqasında mübarizə aparır, siz isə bu gün qələbə qazandınız. Komandada motivasiyanın yüksək olduğunu nəzərə alsaq, əvvəlki “Qarabağ” – “Qəbələ” matçlarını görə bilərik?
    – Biz “Qarabağ”a böyük hörmətlə yanaşırıq. Fikirmcə, Qurban Qurbanov Avropada ən yaxşı 5 baş məşqçidən biridir. Bunu “Benfika” ilə oyundan əvvəl demişdim. Həmin matç da haqlı olduğumu göstərdi. Qorxmadan oynayacağıq, qapımızın qarşısında avtobus qurmayacağıq.

    Futbol

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24
    Futbol

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55
    Futbol

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02
    Futbol

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03
    Futbol

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08
    Futbol

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08

    Mingəçevir Reqatası yenidən Füzulidə start götürəcək

    23.09.2026 10:39:21

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Hövsandakı Yarış Kompleksindən EKSKLÜZİV GÖRÜNTÜ – VİDEO

    23.09.2026 09:29:11

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Mövlud Mirəliyev 4-cü dəfə dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved