Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Orxan Məmmədov: "Futbol meydançasını inşa etmək üçün yerini müəyyən edirik"
    7.04.2023 17:52:14

    Heydər Əliyevin 100 illiyinə həsr edilmiş minifutbol üzrə beynəlxalq turnirin püşkatma mərasimi keçirilib.

    Prosport.Az saytının məlumatına görə, tədbirdən sonra Azərbaycan Minifutbol Federasiyasının və “Zirə” Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

    O, püşkün nəticələrini dəyərləndirib və Azərbaycan yığmasının şanslarından danışıb: “Bu il ölkəmizdə Heydər Əliyev ilidir. Bununla bağlı ölkəmizdə silsilə tədbirlər keçirilir. Minifutbol federasiyası olaraq, özümüzə borc bildik ki, Ümummilli liderin adı ilə bağlı minifutbol turniri təşkil edək. Rəqiblərimiz də bu təklifə müsbət yanaşdılar və 10 komanda turnirdə iştirak etməyə razılıq verdi. Əlbəttə ki, komandaların içərisində güclü, dəfələrlə çempionluq yaşamış kollektivlər var. Biz bu turnirə son Avropa çempionu kimi qatılırıq. Doğma divarları və turnirin Ümummilli liderimizin adını daşıdığını nəzərə alaraq, məqsədimiz bu turnirdə çempion olmaqdır. Ən əsası da komandamıza cəlb olunan yeni oyunçulara da şans vermək istəyirik ki, gələn il keçiriləcək dünya çempionatına hazır olaq. Bu turnir dostluq turniridir. İnanırıq ki, dost mühitində də keçiriləcək. Qonşu və dost, qardaş ölkələrimiz də burada iştirak edəcək. İnanırıq ki, turnir yaddaşlarda qalacaq”.

    – Milli komandaya yeni cəlb olunacaq futbolçuları ölkə çempionatından seçəcəksiniz, yoxsa karyerasını başa vurmuş veteranları dəvət edəcəksiniz?
    – Bu məsələyə baş məşqçi baxır. Ölkə çempionatı bir müddətdir ki, davam edir. Böyük rəqabət və həvəs var. Komandalarda yeni simalar var. Bu mənada baş məşqçinin işi heç də asan deyil. Çünki kifayət qədər oyunçular var ki, milliyə cəlb oluna bilərlər.

    – Yeni minifutbol meydançasının tikintisinə hazırlıqla bağlı işlərin davam etdirildiyini bilirik. Bu nə vaxta hazır olacaq?
    – Avropa çempionatında uğur qazandıqdan sonra böyük meydançamızın olmasının labüdlüyünü nəzərə aldıq. Bakıda çoxlu sayda minifutbol meydançaları var. Amma standartlara cavab verən, böyükmiqyaslı turnirlər keçirməyimizi nəzərə alaraq layihə hazırladıq. Artıq şəhərsalma ilə işləyirik, müvafiq sənədləri təqdim etmişik. Yerini hələ müəyyən edirik. Tez bir zamanda bunu müəyyən edərək, geniş kütləyə yayacağıq.

    – Eyni zamanda, "Zirə"nin fəxri prezidentisiniz. Bu komandanın çıxışı barədə fikrinizi bilmək istəyərdik...
    – "Zirə" olaraq hər il yüksək yerlər uğrunda mübarizə aparırıq. Məqsədimiz ən azından avrokuboklarda iştirak etməkdir. Ötən mövsümü uğurlu başa vurduq. Çempionatda 3-cü yeri tutduq, ölkə kubokunda finalda oynadıq. Yalnız penaltilərlə ölkə çempionu "Qarabağ"a uduzduq. Keçən il bizim üçün qənaətbəxşdir. Bu mövsümə gəldikdə, məqsədimiz yenə avrokuboklara vəsiqə qazanmaqdır. Şansımız hələ də var. "Qəbələ" hazırda bizim əsas rəqibimizdir. İnanırıq ki, müsbət nəticə olacaq və mövsümün sonunda avrokuboklara vəsiqə qazanacağıq.

    – Gəzən söz-söhbətlərə görə, "Zirə"nin builki nəticələrindən narazısınız. Bu nə dərəcədə doğrudur?
    – Narazı və ya razı olmaq mövsümün sonunda bilinir. Bugünkü duruma görə, komandadan razıyam. Azərbaycan futbolunda rəqabət yüksəkdir. Komandalar arasında maliyyə durumu eyni deyil. Turnir cədvəlinə baxsaq, görərik ki, bugünkü durumumuza görə "Qarabağ" və "Neftçi" ilə tam rəqabət apara bilmərik. Hesab edirəm ki, bu il 3-4-cü yerlər uğrunda mübarizə aparırıq və durumumuz qənaətbəxşdir.

    Futbol

    FIFA AFFA-ya 10 milyon ayıracaq?

    29.09.2026 11:42:11
    Futbol

    "Xankəndi"nin yeni baş məşqçisi bilindi

    29.09.2026 11:11:04
    Futbol

    Türkiyə klubu Nəriman Axundzadədən imtina edir

    29.09.2026 10:00:46
    Futbol

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12
    Futbol

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47
    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    FIFA AFFA-ya 10 milyon ayıracaq?

    29.09.2026 11:42:11

    "Xankəndi"nin yeni baş məşqçisi bilindi

    29.09.2026 11:11:04

    "Qalatasaray"ın sabiq baş məşqçisi Azərbaycan millisində

    29.09.2026 10:53:29

    Qadın basketbolçulardan ibarət millimizdə yunanıstanlı baş məşqçi

    29.09.2026 10:24:50

    Türkiyə klubu Nəriman Axundzadədən imtina edir

    29.09.2026 10:00:46

    Bratislavada medal yağışı

    28.09.2026 23:45:04

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved