Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        P.S.
    Çimərlik qumunda basdırılmalı olan futbolçularımız – YAZI
    11.07.2023 15:12:20

    2-9 iyul tarixlərində Bakıda çimərlik futbolu üzrə dünya çempionatının seçmə oyunları keçirildi. Millimiz doğma çimərlik qumunda fiasko ilə yadda qaldı.

    Bəs bu uğursuzluğun günahını kimdə görək? Baş məşqçi Zeynal Zeynalovda, Polşadakı Avropa Oyunlarından qayıdarkən utandırıcı məğlubiyyətlərə baxmayaraq, hırıldayan futbolçularda, yoxsa 3-4 ildən bir peyda olan, səyahətçimi, yoxsa federasiya prezidentimi olduğu bəlli olmayan Fərid Novruzidəmi?

    Bu milli əvvəlcə bu fiaskonu Avropa Oyunlarında yaşadı. Qrupda Polşaya 2:7, Portuqaliyaya 2:5 və İspaniyaya 1:7 uduzan milli heç bir əhəmiyyəti olmayan Ukraynaya 7:6 (əlavə vaxt) və Moldovaya 4:2 qalib gələrək 5-ci yeri tutdu. Krakuf hava limanında futbolçularımızı utanmadan danışdırmağa vadar edən də elə bu son 2 qələbə idi. Amma unutmasınlar ki, həmin Ukrayna və Moldova seçmə mərhələyə görə əsas heyətə güvənməmişdi. Ad çəkməyəcəm. Özü oxuyacaqsa, kimdən söhbət getdiyini biləcək. Aeroportda "mənim Moldova ilə qolum niyə verilməyib" davası edən futbolçu və futbolçular görəsən, buna görə heçmi utanmırdı?

    Niyə də utansınlar? Dövlətin xətti ilə onları hələ avqustda Belarusda keçiriləcək II MDB Oyunları gözləyir. Pulsuz səfər, pulsuz səyahət, gəzinti keyfi...

    Bakıda həmin Moldova millisinə 2:3, Estoniyaya 4:7 hesablı məğlubiyyətlər isə futbolumuz adına rüsvayçılıqdır. Moldova və Estoniya futbol ənənələri olmayan millilərdir. Üstəlik, Moldova dənizə çıxışı olmayan ölkədir. Deməli, Xəzər dənizindəki kimi çimərlik imkanları olmayan dövlətdir. Bu ölkəyə uduzursansa, həmin futbolçunun özünü oynadığın çimərlik qumunda basdırmaq lazımdır.

    Azərbaycanda keçirilən yarışda millimizin 13-cü yeri tutmasına, futbolda Belarusun 3-cü dəfə dünya çempionatına çıxmasına ağzını ayırıb baxanlar, görəsən, heçmi utanmırmı? Fərid Novruzi ancaq 3-4 ildə bir peyda olub, jurnalistərin yadına salır ki, federasiya prezidenti kimi qalıb. Heç kimə sirr deyil ki, Novruzi AFFA-nın baş katibi Elxan Məmmədovla şəxsi əlaqələrinə görə o postdadır. Bəlkə çimərlik futbolu imkanlarımızın bol olduğu federasiya prezidenti postunu təhvil verməyin zamanı yetişib.

    Pərvin

    P.S, Eşitdiyimə görə, bu seçmə mərhələ oyunlarının təşkilatçılığı Bakı Şəhər Halqasının əməkdaşlarına tapşırılmışdı. O zaman tay tayını tapıb deməkdir.   

    Futbol

    "Koxalskinin gedişindən hələ mənim xəbərim yoxdur" - Qurban Qurbanov

    6.09.2026 23:10:53
    Futbol

    “Qarabağ”a qarşı belə mübarizə aparmaq olar" - Zaur İsmayılov

    6.09.2026 22:53:44
    Futbol

    Premyer Liqa: "Qarabağ"dan ardıcıl 3-cü qələbə - VİDEO

    6.09.2026 22:08:54
    Futbol

    "Mançester Yunayted" "Sabah"la oyundan əvvəl xal itirdi

    6.09.2026 22:08:23
    Futbol

    "Nəticə oyuna görə olmadı" – Filipe Kandidu

    6.09.2026 20:44:53
    Futbol

    "Mən bu işlərə qarışmamağa çalışıram" – Qurban Berdiyev

    6.09.2026 20:41:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Koxalskinin gedişindən hələ mənim xəbərim yoxdur" - Qurban Qurbanov

    6.09.2026 23:10:53

    Türkiyə millisi ikinci dəfə Avropa çempionu oldu

    6.09.2026 23:05:53

    “Qarabağ”a qarşı belə mübarizə aparmaq olar" - Zaur İsmayılov

    6.09.2026 22:53:44

    Premyer Liqa: "Qarabağ"dan ardıcıl 3-cü qələbə - VİDEO

    6.09.2026 22:08:54

    "Mançester Yunayted" "Sabah"la oyundan əvvəl xal itirdi

    6.09.2026 22:08:23

    "Nəticə oyuna görə olmadı" – Filipe Kandidu

    6.09.2026 20:44:53

    "Mən bu işlərə qarışmamağa çalışıram" – Qurban Berdiyev

    6.09.2026 20:41:35

    Taekvandoçularımızdan 2 qızıl medal – FOTOLAR

    6.09.2026 20:15:34

    “ALUFAR IRONMAN" yarışı başa çatdı – FOTOLAR

    6.09.2026 20:11:13

    "Turan Tovuz"dan autsayder üzərində çətin qələbə - VİDEO

    6.09.2026 20:05:59

    "Qarabağ" – "Araz-Naxçıvan": HEYƏTLƏR

    6.09.2026 19:14:00

    FIFA təsdiqlədi, o da namizəddir

    6.09.2026 18:57:04

    Təmsilçilərimiz Yaponiyada keçirilən yarışda 6-cı oldu – FOTOLAR

    6.09.2026 17:53:55

    "Turan Tovuz" – "Sumqayıt": HEYƏTLƏR

    6.09.2026 16:57:46

    Osimhen 3 həftə yaşıl meydanlardan uzaq qalacaq

    6.09.2026 16:26:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved