Serbiyanın 19 yaşadək liqasında (U-19) çıxış edən azərbaycanlı futbolçu İslam Həsənov komandasına qələbə qazandırıb.
Prosport.Az-ın xəbərinə görə, U-19 millimizin də üzvü olan İslamın çıxış etdiyi "Qrafiçar" komandası Belqradda derbi matçına çıxıb.
"Qrafiçar" güclü "Partizan"la görüşdə 3:2 hesablı qələbə qazanıb. İslam Həsənov 59-cu dəqidədə meydana buraxılıb. O, 82-ci dəqiqədə qol vurub.
Qeyd edək ki, 2 turdan sonra "Qrafiçar" 3 xalla 10-cu sırada qərarlaşıb. "Partizan" isə 3 xalla top fərqinə görə 4-cü sıradadır.
