Növbəti mövsüm Azərbaycan futbolunda xeyli dəyişiklik olacaq.
Prosport.Az xəbər verir ki, bunlardan biri premyer-liqanı bir komandanın tərk edib, diviziona düşməsidir. Digər məsələ isə aşağı dəstə ilə əvəzedicilərin çempionatının ayrılmasıdır. I diviziona da 4 yeni komanda gətiriləcək. Növbəti dəyişiklik isə Region Liqası ilə bağlıdır.
AFFA növbəti mövsüm bu çempionata yarımpeşəkar status vermək niyyətindədir. Belə ki, artıq turnirin qalibi olan komanda I diviziona vəsiqə qazanacaq. Bundan əlavə, federasiya iştirakçı komandaların səfər və stadion xərclərini qarşılayacaq. Təbii ki, bütün kollektivlərin qarşısına peşəkarlaşmaq yolunda addımların atılması tələbləri də qoyulacaq. Bunlardan biri rəsmən qeydiyyatdan keçmək və yerli icra orqanları tərəfindən tanınmaqdır. Hətta AFFA növbəti mövsüm üçün iştirakçı sayını 60-a çatdırmaq niyyətindədir (football-plus.az).

