Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Razılaşdırılmışdı ki, Avstriyadakı ilk 2 oyundan sonra İsveçə gedim" – Amin Rzayev
    29.07.2025 17:12:50

    "İlk növbədə qeyd edim ki, turnirdə bizim növbəti mövsümdən U-19 Liqasında çıxış edəcək komandamız (2008 təvəllüdlü futbolçular) iştirak edirdi və bu komanda mənə yad komanda deyil. Mövsüm boyu əsas komanda ilə üst-üstə düşməyəndə, mən bu komandanın oyunlarının bir çoxunda iştirak etmişəm. Və oyun baxımından uşaqlarla yaxşı anlaşırıq, hec bir adaptasiyaya ehtiyac yox idi". 

    Bunu Prosport.Az-a "Qarabağ"ın əsas komandası ilə məşqlərə çıxan futbolçu Amin Rzayev deyib.

    Hələ oktyabrın 12-də 16 yaşını tamamlayacaq futbolçu İsveçin Yötebori (Göteborg) şəhərində keçirilən "Qotia Puma Trofi" (Gothia Puma Trophy) turnirində "Qarabağ"ın U-17 komandası ilə iştirak edib. Bu turnirdə "Qarabağ" kimi əsas komandanın düşərgəsindən qayıdan yeganə futbolçu məhz Amin Rzayev olub.

    Futbolçu Avstriyadan İsveçə qayıtmasından danışıb: "Akademiyamızın koordinatoru Aftandil Hacıyev öncədən əsas komanda ilə planı razılaşdırmışdı ki, Avstriyadakı ilk 2 oyundan sonra mən turnirdə iştirak edə bilim. Avstriyada çox yaxşı hazırlıq kecdik. "Qarabağ"ın əsas komandasında rəqabət yüksək səviyyədədir. Mən orada "Tvente"yə 1:2 uduzduğumuz 2-ci matçda təxminən 15 dəqiqə oynadım. Bildiyiniz kimi, Çempionlar Liqası öncəsi son hazırlıq oyunumuz "Zalsburq"la idi. Mənim həmin matçda oynamaq şansım az olduğundan, "Yötebori", Nigeriyanın ən yaxşı Akademiyası olan "Sportinq" (Laqos) və digər güclü komandalarla beynəlxalq oyun təcrübəmi artırmaq üçün İsveçə getməyimi məqsədəuyğun saydılar. Beləcə klub "Metallist" və "Tvente" ilə oyundan sonra məni İsveçə göndərdi".

    Yeniyetmə cinah müdafiəçisi daha sonra İsveçdəki oyunlardan danışıb. O, turnirin səviyyəsini tərifləyib: "İsveçdəki turnirdə bütün matçlarda oynadım. "Myelbi"yə qarşı ilk görüşümüzdə məğlub durumda olmağımıza baxmayaraq, çox yaxşı keyfiyyətli oyun nümayiş etdirib 2:1 qalib gəldik. Sonra ötən ilin çempionu olan "Sportinq" Akademiyası ilə 0:0 oynadıq. Həmin matçda çox güc sərf etdik, fikrimcə, fiziki və atletik cəhətdən turnirdə ən güclü komanda idilər. Uşaqlar bütün oyun boyu yaxşı mübarizə apardı. Qrupda 4 xal yığıb 1-ci yerdə gedirdik. Amma format elə idi ki, hər gün oynamalı idik. Buna bir az öyrəşməmişdik və reqlamentə görə məhdud oyunçu sayımız vardı. 3-cü oyunda artıq yorğunçuluq öz sözünü deyirdi və bəzi epizodlarda səhvlər edirdik. Rəqib isə İsveçin ən yaxşı komandalarından biri olan ev sahibi "Yötebori" idi. Məğlub olduq ve qrupda 3-cü yeri tutduq. Amma turnirdə ən yaxşı qrup 3-cüsü kimi B pley-offunda birbaşa 1/4 finala vəsiqə qazandıq. Həmin oyun öncəsi artıq bəzi itkilərimiz – son matçımızdan cəzalı və zədəli olan vardı. Diqqətsizlikdən ilk qolu buraxdıq ve heyf ki sonra geridönüş etməyi bacarmadıq. Ümumi götursək, fikrimcə, çox yaxşı komandaların mübarizə apardığı turnir idi. Xeyli sayda keyfiyyətli futbolçulara qarşı oyun təcrübəsi əldə etdik. Bəzi oyunçular var idi ki, turnirden sonra İsveç, Norveç klublarından peşəkar müqavilə təklifi aldı. Bir oyunçu kimi inkisaf etmək üçün çox yaxşı təcrübə idi. Üstəgəl, ölkəmizi də layiqincə təmsil etməyə çalışdıq. Məncə, belə turnirlər futbolçulara getdikcə inkişaf etmək üçün çox gözəl imkan yaradır".

    Qeyd edək ki, Amin Rzayev hazırda da "Qarabağ"ın əsas komandası ilə birgə məşq keçir.

    Səbuhi Musa

    Çimərlik futbolu

    Millimiz uduzsa da, pley-offa yüksəldi

    18.07.2026 12:09:36
    Futbol

    Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

    18.07.2026 11:40:07
    Futbol

    "Ayaks", "Braqa", "Beşiktaş" və digərləri - "Neftçi" və "Zirə"nin mümkün rəqibləri

    18.07.2026 11:07:43
    Futbol

    Millimizin sabiq üzvü klubunu dəyişdi

    18.07.2026 10:35:46
    Futbol

    "Neftçi"ni dərindən təhlil edəcəyik" - "Dinamo"nun baş məşqçisi

    18.07.2026 10:00:47
    Futbol

    Transfer qadağası ilə üzləşdiyi deyilən Bakı klubu legioner heyətinə qatdı – FOTO

    18.07.2026 00:02:52
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz uduzsa da, pley-offa yüksəldi

    18.07.2026 12:09:36

    Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

    18.07.2026 11:40:07

    "Ayaks", "Braqa", "Beşiktaş" və digərləri - "Neftçi" və "Zirə"nin mümkün rəqibləri

    18.07.2026 11:07:43

    Millimizin sabiq üzvü klubunu dəyişdi

    18.07.2026 10:35:46

    "Neftçi"ni dərindən təhlil edəcəyik" - "Dinamo"nun baş məşqçisi

    18.07.2026 10:00:47

    Transfer qadağası ilə üzləşdiyi deyilən Bakı klubu legioner heyətinə qatdı – FOTO

    18.07.2026 00:02:52

    Millimiz İsveçrə üzərində əzmkar qələbə qazandı

    17.07.2026 23:43:46

    "Kəpəz" fransalı futbolçu transfer etdi – ÖZƏL

    17.07.2026 23:21:34

    Qadın güləşçimiz reytinq turnirində ilk dəfə medal qazandı

    17.07.2026 23:07:44

    “Qarabağ” və “Neftçi” eyni gündə Bolqarıstanda oyun keçirəcək

    17.07.2026 22:50:53

    "Sumqayıt"dan ayrılıb, "Şamaxı"ya keçdi

    17.07.2026 21:57:51

    "Şəfa" – "İmişli" oyununda 4 qol vuruldu: Kimlər fərqləndi?

    17.07.2026 21:09:25

    "Turan Tovuz" ilk yoxlama oyununda heç-heçə etdi

    17.07.2026 20:35:57

    Blatter FIFA-nı ağ yuyub, qara sərdi

    17.07.2026 20:28:02

    "Sumqayıt" Abdul Raşid Mumini ilə yollarını ayırdı

    17.07.2026 19:45:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved