İsveçin Yötebori (Göteborg) şəhərində "Gothia Puma Trophy" turnirində iştirak edən "Qarabağ"ın 17 yaşadək komandası (U-17) azarkeş dəstəyindən kənarda qalmayıb.
Prosport.Az-ın İsveçə ezam olunmuş əməkdaşı xəbər verir ki, Yötebori şəhərində yaşayan azərbaycanlılar "Qarabağ"ı dəstəkləmək üçün turnirin son çempionu olan Nigeriyanın "Sportinq" komandası ilə oyun üçün stadiona gəliblər.
Görüş qolsuz heç-heçə ilə başa çatıb.
