"Qarabağ"ın 17 yaşadək komandası İsveçin Yötebori şəhərində keçirilən "Gothia Cup" turnirində ilk oyununu keçirib.
Prosport.Az xəbər verir ki, 4-cü qrupda yer alan Azərbaycan təmsilçisi I turda yerli "Myelbi" ilə qarşılaşıb.
Görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində hər 2 qolu Əli Əliyev (11 nömrə) vurub. O, 17 və 53-cü dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, "Qarabağ" qrupda növbəti matçlarını sabah "Sportinq"ə (Nigeriya) və 16 iyulda meydan sahibi "Yötebori"yə qarşı keçirəcək.
