Millimizin və Albaniyanın "Eqnatiya" klubunun futbolçusu Zamiq Əliyev komandasını dəyişib.
Prosport.Az-ın məlumatına görə, 24 yaşlı mərkəz müdafiəçisi Ukraynanın "Veres" klubu ilə anlaşıb. Onunla 3 illik müqavilə imzalanacaq.
Əliyevin "Eqnatiya" ilə daha 2 illik müqaviləsi qaldığından, Rovno təmsilçisi bu keçid üçün qarşı tərəfə müəyyən məbləğdə təzminat ödəyəcək.
Qeyd edək ki, "Veres"in "Eqnatiya" ilə danışıq aparmasını ilk olaraq Prosport.Az saytı yazmışdı.

