Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Bilirdik ki, ancaq sağ ayağı ilə oynayır" – Millimizin hücumçusu
    10.05.2025 14:28:31

    “Çətin oyun oldu. Xüsusən də, birinci hissə bizim üçün çətin keçdi. Ancaq fasilə ərəfəsində vurduğum qoldan sonra komanda daha inamlı oynamağa başladı”.

    Prosport.Az xəbər verir ki, bunu 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hücumçusu Ömər Kosayev deyib.

    O, Belarusun müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilən yoxlama görüşü (2:1) ilə bağlı fikirlərini bildirib: “Baş məşqçimiz Aqil Nəbiyevin tapşırıqlarını meydanda reallaşdıraraq, qələbə qazanmağı bacardıq. Aqil müəllimin bu qələbədə rolu böyük oldu. Həm taktiki gedişləri, həm də kollektivlə motivasiyalı söhbətləri bizə əlavə güc qatdı. Nəticədə inamlı qələbə qazandıq”.

    44-cü dəqiqədə hesabı açan 15 yaşlı hücumçu həmin epizodda rəqibin qapıçısından səhv gözlədiyini söyləyib: “Oyundan əvvəl Belarus yığmasının qapıçısını təhlil etmişdik. Bilirdik ki, ancaq sağ ayağı ilə oynayır. Qol epizodunda isə qapıçının topu sol ayağına keçirdiyini görəndə üstünə qaçdım və topu ələ keçirərək qapıdan keçirdim”.

    "Sumqayıt"ın futbolçusu olan Ömər Kosayev sabah Belarusun U-16 komandasına qarşı keçiriləcək 2-ci yoxlama görüşü barədə də fikirlərini bölüşüb: “Belarusla 2-ci oyunumuz da çətin olacaq. İlk matçdakı çıxışımızı sərgilməyə çalışacağıq. Ümid edirəm ki, həmin oyunda da qələbə qazanacağıq”.

    Qeyd edək ki, mayın 11-də Binə stadionunda keçiriləcək Azərbaycan (U-16) – Belarus (U-16) qarşılaşması saat 17:00-da başlayacaq.

    Futbol

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45
    Futbol

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18
    Futbol

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31
    Futbol

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55
    Futbol

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50
    Futbol

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved